
Nothing sürətlə böyüyən smartfon brendinə çevrilib
Tech-Biznes
30.08.2024
Emil
Nothing şirkətinin CEO-su Carl Pei şirkətin böyüməsi və inkişafı ilə bağlı maraqlı məlumatları bölüşüb. Məlumata əsasən Nothing smartfonlar və naqilsiz qulaqlıqlar sahəsində ən sürətlə böyüyən brendə çevrilib. Belə ki, keçən ilin ilk 6 ayı ilə müqayisədə 2024-cü ilin ilk 6 ayı ərzində Nothing-in smartfon satışları 246% yüksəlib. 2024-cü ilin ikinci rübündə isə bu göstərici 693% təşkil edib. Məlumatda qeyd edilib ki, Böyük Britaniya, Yaponiya, Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələrdə Nothing şirkəti sürətlə böyüyən smartfon brendi olub.
Nothing şirkətinin smartfon bazarında uğuru Nothing Phone (2), Nothing Phone (2a) və Nothing Phone (2a) Plus kimi smartfonların alıcılar arasında məşhur olmaları ilə əlaqələndirilir. Naqilsiz qulaqlıqlar bazarında da şirkət olduqca yaxşı nəticələr sərgiləyir. Məsələn keçən ilin ikinci rübü ilə müqayisədə bu ilin ikinci rübündə Nothing Ear və Nothing Ear (a) qulaqlıqlarının satışları 769% yüksəlib. ABŞ, Fransa, İspaniya, Hollandiya və İtaliya kimi ölkələrdə Nothing sürətlə böyüyən naqilsiz qulaqlıq brendinə çevrilib.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
