Logo
    main-post-cover

    NVIDIA, Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən bahalı şirkətinə çevrilib

    Tech-Biznes
    06.06.2024
    Emil
         NVIDIA şirkətinin səhmlərinin ümumi dəyəri 5% yüksələrək dünən birjadakı satışlarda bir səhm üçün 1224.40$ dəyərində təyin edilib. Beləliklə şirkətin bazar dəyəri öz tarixində ilk dəfə olaraq 3 trilyon dolları keçib. Hal-hazırda NVIDIA-nın bazar dəyəri 3.1 trilyon dollar təşkil edib. Bu, generativ süni zəka texnologiyalarının sürətli inkişafları səbəbilə baş verib. Belə ki, bu texnologiyaların inkişafları mərkəzində olan NVIDIA-nın səhmlərini əldə etmək arzusunda olan investorlar tərəfindən yüksək tələbat nəticəsində səhmlərin ümumi dəyərində artım müşahidə edilib. Beləliklə NVIDIA 3.1 trilyon dollarlıq bazar dəyəri hesabına Apple şirkətini dünyanın əın bahalı şirkətləri siyahısında ikinci yerdən üçüncü yerə endirib. Hal-hazırda Apple şirkətinin bazar dəyəri 3 trilyon dollar təşkil edir.
         NVIDIA dünyanın ən bahalı şirkətləri siyahısında hal-hazırda yalnız Microsoft-dan geridə qalır. Belə ki, Microsoft-un bazar dəyəri 3.15 trilyon dollardır. Son 5 ildə NIVIDA səhmlərinin ümumi dəyəri 3224% yüksəlib. Qeyd etmək lazımdır ki, NVIDIA fevral ayında 2 trilyon dollarlıq bazar dəyəri nailiyyətini əldə etmişdi. Cəmi 3 aydan sonra şirkət 3 trilyon dollardan yüksək bazar dəyəri nailiyyətinə sahib ola bilib. Aydın məsələdir ki, NVIDIA-nın bazar dəyərinin artımı onun güclü qrafik prosessorlarına olan yüksək tələbatla bağlıdır. Belə ki, Microsoft, Meta, Google, Amazon, OpenAI kimi şirkətlər NVIDIA-nın güclü qrafik prosessorlarını əldə etmək üçün milyardlarla dollar vəsait sərf edirlər. Həmin qrafik prosessorlar isə böyük süni zəka modellərinin hazırlanmasında və işə salınmasında istifadə edilir.
    Paylaş