
NVIDIA CEO-sunun sərvəti Intel-in bazar dəyərindən daha böyük olub
Tech-Biznes
07.10.2024
Emil
NVIDIA 1 il ərzində öz bazar dəyərini 3 dəfə yüksəldərək dünyanın ən böyük texnoloji şirkətlərindən birinə çevrildi. Şirkət bu nailiyyəti süni zəkaya və onun hazırlanmasına istiqamətlənmiş texnologiyalara tələbat sayəsində əldə edib. Intel-dən fərqli olaraq NVIDIA öz prioritetlərini düzgün şəkildə təşkil etdi, bazarın tələbini doğru şəkildə təyin etdi və formalaşmış tələbi qarşılaya bildi. Bütün bunların sayəsində NVIDIA-nın CEO-su Jensen Huang, 109 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı şəxslərindən birinə çevrildi.
Nəticədə Jensen Huang-ın sərvəti Intel şirkətinin bazar dəyərindən daha yüksək olub. Belə ki, Intel-in hal-hazırda bazar dəyəri 97 milyard dollar təşkil edir. Bu cür nəticəyə təkcə NVIDIA-nın uğurları deyil, həmçinin Intel-in uğursuzluqları da gətirdi. Məsələn bir neçə müddət bundan öncə Intel-in bazar dəyəri 24 milyard dollar aşağı düşdü. Keçən ay isə məlum oldu ki, AMD şirkəti PlayStation 6 üçün nəzərdə tutulmuş prosessor istehsalı mövzusunda tenderde qalib gələrək Intel-i 30 milyard dollarlıq gəlirdən məhrum edib.

Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
NVIDIA GeForce RTX 5090 və RTX 5080 videokartları barəsində yeni təfərrüatlar verilib
NVIDIA hal-hazırda GeForce RTX 5090 və RTX 5080 videokartları üzərində çalışır.

Tech-Biznes
Qualcomm şirkəti həqiqətən də Intel-i almağı planlaşdırır
Keçən həftə The Wall Street Journal xəbər verdi ki, Qualcomm şirkəti Intel-i almağı planlaşdırır.

Cihazlar+
PlayStation 6-nın hansı şirkətin prosessorunu əldə edəcəyi məlum olub
PlayStation 5 Pro-nun təqdim olunmasından sonra internetdə yenidən Sony-nin növbəti nəsil oyun konsolu barəsində söhbətlər ortaya çıxmağa başladı.

Tech-Biznes
Qualcomm, Intel-in prosessor biznesinin bir hissəsini almağı planlaşdırır
Reuters saytının verdiyi məlumata əsasən mobil və desktop prosessorların istehsalı ilə məşğul olan Qualcomm şirkəti Intel-in prosessor biznesinin bir hissəsini əldə etməyi planlaşdırır.

Tech-Biznes
ABŞ Ədliyyə Nazirliyi NVIDIA şirkəti ilə bağlı istintaqa start verib
Bloomberg saytının vermiş olduğu məlumata əsasən ABŞ-ın Ədliyyə Nazirliyi NVIDIA və ona bənzər şirkətləri antimonopoliya istintaqı ilə bağlı ifadə vermək üçün cəlb etməyə başlayıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
