
OpenAI 6.6 milyard dollar investisiya əldə edib
Tech-Biznes
03.10.2024
Emil
Bloomberg saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti 6.6 milyard dollar həcmində yeni investisiyanı əldə edib. Nəticədə şirkətin bazar dəyəri 157 milyard dollara yüksəlib. Məlumata əsasən yeni investisiya raundunda Microsoft və NVIDA şirkətləri də iştirak ediblər. Bəzi mənbələrin sözlərinə əsasən baş tutmuş yeni investisiya raundunda əsas rol qismində Thrive Capital adlı vençur investisiya fondu çıxış edib. Belə ki, sözügedən fond OpenAI şirkətinə 1.3 milyard dollar investisiya yatırıb. Microsoft isə öz növbəsində şirkətə 750 milyon dollar investisiya yatırıb.
Şirkətə üstəlik bəzi digər fondlar da investisiya yatırıblar. Belə ki, OpenAI həmin fondlardan birindən 350 milyon dollar, digərindən isə 250 milyon dollar investisiya cəlb edib. Məlumata əsasən şirkət xarici investorların da diqqətlərini öz üzərinə çəkə bilib. Məsələn Yaponiyanın Softbank korporasiyası OpenAI şirkətinə 500 milyon dollar investisiya yatırıb. OpenAI əldə edilmiş investisiyaları öz növbəsində süni zəka sahəsindəki tədqiqatlarına və bu sahədəki infrastruktur güclərinin artırılmasına yönəldəcək. Mütəxəssislərin fikirlərinə əsasən OpenAI üçün növbəti məntiqli addım IPO keçirdərək birjaya çıxmaq ola bilər. Lakin bunun nə zaman baş verəcəyi məlum deyil.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
