main-post-cover

    OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    21.11.2023
    Farid Pardashunas
         Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsindən sonra şirkətin demək olar bütün işçi heyəti könüllü şəkildə işdən çıxacaqları hədə-qorxusunu direktorlar şurasına məktub vasitəsilə bildirib. Məktubda qeyd edilib ki, Sam Altman-ın şirkətə geri qaytarılmayacağı halda onlar OpenAI-dan ayrılaraq Altman tərəfindən təsis ediləcək yeni şirkətə keçid edəcəklər. Məlumata əsasən məktubu OpenAI şirkətinin 770 işçisindən 743 nəfəri imzalayıb.
       Məktubda işçilər həmçinin şirkətin keçmiş prezidenti Greg Brockman-ın geri qaytarılmasını, direktorlar şurasının istefaya göndərilməsini və yeni direktorlar şurası nümayəndələrinin seçilməsini tələb edirlər. Maraqlısı ondadır ki, məktubu imzalamış şəxslər arasında şirkətin baş elmi rəhbəri Ilya Sutskever də var. Məsələ burasındadır ki, Altman-ın öz vəzifəsindən azad edilməsində əsas rolu məhz Sutskever oynayıb. Sutskever bildirib ki, Altman-ın işdən azad edilməsində iştirak etdiyindən məyusdur. Bəzi kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Altman şirkətə geri qayıtmağa hazırdır. Lakin bunun üçün direktorlar şurası istefa etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sam Altman Microsoft şirkətinə qoşulub
    sam-altman-microsoft-sirketine-qosulub
    OpenAI şirkətinə yeni CEO təyin edilib
    openai-sirketine-yeni-ceo-teyin-edilib
    Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
    microsoft-sam-altman-in-openai-dan-ayrilmasina-hec-de-xos-yanasmir
    Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
    sam-altman-in-openai-sirketine-qayidisi-muzakire-edilir
    Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
    sam-altman-openai-sirketinin-ceo-vezifesinden-azad-edilib