
OpenAI şirkətinin bazar dəyəri 100 milyard dollara yüksələ bilər
Tech-Biznes
25.12.2023
Emil
OpenAI şirkəti yeni maliyyələşdirmə raundunun keçirilməsi istiqamətində danışıqlar aparır. Bloomberg-in verdiyi məlumata əsasən yeni maliyyələşdirmə raundu çərçivəsində şirkətin bazar dəyəri 100 milyard dollara yüksələ bilər. Yeni maliyyələşdirmə raundunun şərtləri və keçirilmə tarixi hələ təyin edilməyib. Bundan əlavə olaraq OpenAI şirkəti süni zəka çiplərinin istehsalı ilə bağlı müəssisənin təsis edilməsi mövzusunda G42 adlı şirkətlə danışıqlar aparır. Fərdi süni zəka çiplərinin istehsalı müəssisəsinin yaradılması ilə növbəti maliyyələşdirmə raundunun keçirilməsi arasında əlaqənin olub-olmadığı bilinmir. Belə ki, daha öncə G42 şirkətinin OpenAI-ya 8-10 milyard dollar investisiya yatırmaq niyyətinin olması ilə bağlı məlumatlar ortaya çıxmışdı.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
