Logo
    main-post-cover

    OpenAI şirkət strukturunda qorunma mexanizmi üzərində çalışır

    Tech-Biznes
    18.02.2025
    Emil
         Daha çox investor cəlb etmək istəyən OpenAI strukturunu dəyişməyə məcbur olur, çünki hazırda şirkətin rəhbərliyində qeyri-kommersiya qurumu dayanır. Bu, investorlar üçün qeyri-müəyyənlik yaradır, buna görə də OpenAI strukturunu daha klassik modelə yaxınlaşdırmağa çalışır. Bununla yanaşı, şirkət özünü potensial düşmənçiliyə əsaslanan satınalmalardan qorumaq niyyətindədir. Reuters-in Financial Times-a istinadən vermiş olduğu məlumata görə, yeni təşkilati struktur daha çox kommersiya yönümlü olacaq və investorlar qarşısında məsuliyyəti artıracaq. Eyni zamanda, OpenAI-nin idarə heyətinə veto hüququ veriləcək, belə ki, arzuolunmaz satınalma riski yaranarsa, bu hüquqdan istifadə edilə biləcək.
         Görünən odur ki, OpenAI bu addımları Elon Musk-ın şirkəti 97.4 milyard dollara almaq cəhdindən sonra atmağa məcbur olub. Şirkətin idarə heyəti bu təklifi rədd etdi. Lakin şirkət kommersiya modeli ilə fəaliyyət göstərməyə keçərsə, idarəetmə strukturunda belə müdafiə mexanizmləri olmayacaq. Xüsusi səsvermə səlahiyyətlərinə malik olan idarə heyəti strateji qərarlar zamanı OpenAI-nin MicrosoftSoftBank kimi böyük səhmdarların təzyiqindən qorunmasına kömək edə bilər.
         İdarə heyəti tərəfindən hazırlanmaqda olan qoruma mexanizmi OpenAI-nin həmtəsisçilərindən biri və hazırkı baş direktoru Sam Altman ilə birgə müzakirə olunur. Elon Musk bir neçə il əvvəl OpenAI-dən ayrılıb və o vaxtdan bəri şirkətin rəhbərliyini quruculuq missiyasından uzaqlaşmaqda ittiham edir. Musk, OpenAI-ni 97.4 milyard dollara almaq cəhdini şirkəti “xilas etmək” zərurəti ilə əsaslandırıb, lakin onun süni zəka sahəsindəki kommersiya marağını inkar etmək çətindir. 2023-cü ildə o, xAI adlı öz süni zəka startapını qurub. Bu şirkət hazırda aktiv şəkildə inkişaf və investorların marağını cəlb edir.
    Mənbə: Reuters
    Paylaş
    Bənzər xəbərlər
    elon-musk-tekmillesdirilmis-grok-3-suni-zeka-cat-botunu-teqdim-edib
    Süni İntellekt

    Elon Musk təkmilləşdirilmiş Grok-3 süni zəka çat-botunu təqdim edib

    Elon Musk özünün xAI şirkəti tərəfindən hazırlanmış daha güclü və inkişaf etdirilmiş süni  modeli Grok-3-ü təqdim edib. Musk-ın sözlərinə əsasən bu yeni süni zəka modeli kainatın təbiətini daha yaxşı anlamağa kömək edəcək çat-botdur.
    openai-idare-heyeti-sirketin-elon-musk-a-satilmasi-teklifini-redd-edib
    Tech-Biznes

    OpenAI idarə heyəti şirkətin Elon Musk-a satılması təklifini rədd edib

    Elon Musk-ın investor konsorsiumunun dəstəyi ilə OpenAI şirkətini 97.4 milyard dollara almaq cəhdi ilə bağlı vəziyyət keçən həftənin sonuna doğru yeni detallarla zənginləşməyə davam etdi.
    elon-musk-dubai-loop-layihesini-anons-edib
    Nəqliyyat

    Elon Musk, Dubai Loop layihəsini anons edib

    Elon Musk Dubayda pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş yeraltı nəqliyyat sistemi inşa edəcəyini elan etdi. Musk-ın rəhbərlik etdiyi Boring Company şirkəti Dubayda şəhər nəqliyyat sistemini dəyişdirməyi hədəfləyən yeni bir layihəni elan edib.
    elon-musk-in-openai-sirketini-almaq-istemesi-ile-bagli-maraqli-meqamlar-melum-olub
    Tech-Biznes

    Elon Musk-ın OpenAI şirkətini almaq istəməsi ilə bağlı maraqlı məqamlar məlum olub

    Elon Musk-ın xAI şirkətinin rəhbərlik etdiyi investorlar konsorsiumu bu həftə OpenAI şirkətini 97.4 milyard dollara almaq təklifi edib. Lakin OpenAI şirkətinin baş direktoru Sam Altman bu təklifi rədd edib.
    elon-musk-grok-3-cat-botunun-yaxin-zamanda-istifadeye-verileceyini-elan-edib
    Proqram Təminatı

    Elon Musk, Grok 3 çat-botunun yaxın zamanda istifadəyə veriləcəyini elan edib

    Elon Musk öz startapı xAI-nin Grok 3 adlı yeni çat-botu təqdim etməyə hazırlaşdığını elan edib. Onun sözlərinə görə, bu model mövcud süni zəka sistemlərindən üstün olacaq.