Logo
    main-post-cover

    OpenAI şirkəti Chrome brauzerini almaqda maraqlıdır

    Tech-Biznes
    23.04.2025
    Emil
         OpenAI nümayəndəsi məhkəmədə bildirib ki, əgər Google şirkəti Chrome brauzerini satmağa məcbur edilərsə, şirkət onun alınmasında maraqlıdır. ChatGPT məhsulunun rəhbəri Nick Turley bu açıqlamanı ABŞ-ın Google-a qarşı açdığı antiinhisar işi çərçivəsində verib. Hakimiyyət orqanları hesab edir ki, Chrome-un ayrılması Google-un axtarış xidmətləri bazarındakı dominant mövqeyini zəiflədə bilər. Hakim Amit Mehta daha əvvəl Google-u onlayn axtarış sahəsində monopolist kimi tanıyıb və hazırda şirkətin təsirini məhdudlaşdırmaq üçün mümkün tədbirlər nəzərdən keçirilir. Google bu qərardan apellyasiya şikayəti verməyə hazırlaşır. Lakin məhkəmə Chrome-un satışına qərar versə, OpenAI onun potensial alıcısı olmağa hazırdır.
         Həmçinin məlum olub ki, OpenAI hələ ötən il Google ilə tərəfdaşlıq barədə razılığa gəlməyə çalışıb ki, ChatGPT onun axtarış texnologiyalarından istifadə edə bilsin. Hazırda neyroşəbəkə məlumatları Microsoft-un Bing axtarış sistemindən alır, lakin Turley-in qeyd etdiyi kimi, şirkət “axtarış xidmətlərinin təchizatçısı ilə bağlı ciddi keyfiyyət problemləri” yaşayır. OpenAI tərəfindən məhkəməyə təqdim olunmuş məktubda deyilir: “Əminik ki, Google ilə əməkdaşlıq bizə məhsulu təkmilləşdirməyə kömək edərdi”. Lakin Google bu tərəfdaşlıqdan imtina edib. Eyni zamanda, OpenAI öz axtarış sistemini inkişaf etdirməkdə davam edir, lakin ilkin plan - 2025-ci ilə qədər ChatGPT-nin sorğuların təxminən 80%-ində öz axtarış sisteminə əsaslanacağı - çox optimist olub.
         Bu hədəfə yalnız bir neçə ildən sonra çatmaq mümkün olacaq. Mütəxəssislər hesab edirlər ki, OpenAI-nin Chrome-a marağı təkcə axtarışla bağlı deyil, həm də uzunmüddətli strategiya ilə əlaqəlidir. Brauzerə sahib olmaq şirkətə istifadəçilərə və onların məlumatlarına birbaşa çıxış imkanı verərdi ki, bu da Google və Microsoft ilə rəqabətdə onun mövqeyini gücləndirə bilərdi. Hazırda isə hakim qərar verməlidir: Google-un məcburi bölünməsi baş tutacaqmı və Chrome müstəqil aktivə çevriləcəkmi? Əgər Chrome həqiqətən satışa çıxarılarsa, OpenAI əsas iddiaçılardan biri olacaq, lakin bazardakı digər iri oyunçular arasında da onun uğrunda ciddi mübarizənin baş verməsi istisna edilmir.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    gemini-nin-galaxy-cihazlarina-onceden-qurasdirilmasi-ucun-google-samsung-a-kulli-miqdarda-vesait-odeyirmis
    Tech-Biznes

    Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş

    Bir neçə müddət bundan öncə məhkəmə Google şirkətini antiinhisar qanunvericiliyini pozmaqda günahkar hesab etdi - şirkət öz axtarış sisteminin smartfon istehsalçıları tərəfindən əvvəlcədən quraşdırılması üçün onlara ödəniş edib.
    google-oz-biznesinin-potensial-bolunmesine-qasidir
    Tech-Biznes

    Google öz biznesinin potensial bölünməsinə qaşıdır

    Bu həftə ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı açdığı antiinhisar işi üzrə məhkəmə prosesi başlayıb. Şirkət internet axtarış bazarında monopoliyanı formalaşdırmaqda ittiham olunur.
    google-sirketinin-potensial-bolunmesine-istiqametlenmis-mehkeme-prosesine-start-verilib
    Tech-Biznes

    Google şirkətinin potensial bölünməsinə istiqamətlənmiş məhkəmə prosesinə start verilib

    ABŞ Ədliyyə Nazirliyi Google-a qarşı aparılan antiinhisar məhkəmə işində bəyan edib ki, internet axtarış sahəsindəki inhisarçılıq problemini həll etməyin ən yaxşı yolu 1.81 trilyon dollar dəyərində olan şirkətin bölünməsidir.
    chatgpt-de-yaddasdan-istifade-etmekle-ferdilesdirilmis-internet-axtarisi-funksiyasi-istifadeye-verilib
    Proqram Təminatı

    ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyası istifadəyə verilib

    OpenAI şirkəti ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyasını təqdim edib. Memory with Search adlanan bu yenilik o3 və o4-mini modelləri ilə birlikdə təqdim olunub və artıq ChatGPT-də əlçatandır.
    chatgpt-il
    Süni İntellekt

    ChatGPT ilə nəzakətli ünsiyyət OpenAI-ya milyonlarla dollara başa gəlir

    OpenAI şirkəti hər il ChatGPT-də “təşəkkür edirəm” və “zəhmət olmasa” kimi nəzakətli ifadələrin işlənməsi üçün 10 milyonlarla dollar xərcləyir.