Logo
    main-post-cover

    OpenAI süni zəka əsaslı proqramlaşdırma köməkçisi istehsalçısı Windsurf-ü almağa hazırlaşır

    Tech-Biznes
    06.05.2025
    Emil
         OpenAI süni zəka əsasında proqram kodlarının redaktəsi üçün alət hazırlayan Windsurf şirkətini almağı planlaşdırır. Bu məqsədlə şirkət təxminən 3 milyard dollar xərcləməyə hazırdır. Bu barədə Bloomberg agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib. Qeyd olunur ki, sövdələşmə hələ yekunlaşmayıb və danışıqlar davam edir. OpenAI və Windsurf-un rəsmi nümayəndələri məsələ ilə bağlı şərh verməkdən hələlik çəkinirlər. Məlumdur ki, əvvəl Codeium adı ilə tanınan Windsurf şirkəti General Catalyst Kleiner Perkins daxil olmaqla bir sıra investorlarla 3 milyard dollarlıq dəyərləndirmə əsasında investisiya cəlb etmək üçün danışıqlar aparırdı.
         Ötən ilin avqustunda Windsurf növbəti maliyyələşdirmə raundunu başa vurduqdan sonra 1.25 milyard dollar dəyərində qiymətləndirilmişdi. Həmin mərhələdə əsas investor kimi General Catalyst adlı vençur şirkəti çıxış etmiş, ona Kleiner Perkins və Greenoaks da qoşulmuşdu. Gözlənilir ki, bu sövdələşmə OpenAI-nin indiyə qədərki ən böyük alışı olacaq və ChatGPT-nin proqram kodu yazmaq imkanlarını genişləndirəcək. Şirkət dil modellərinin hər yeni versiyasında kodlaşdırma funksiyasını təkmilləşdirsə də, görünür ki, bu, kifayət etmir, çünki bu sahədə rəqabət getdikcə daha da kəskinləşir.
    Mənbə: Bloomberg
    Paylaş