
OpenAI Yaponiyada süni zəka xidmətlərinin təklifi üçün SoftBank ilə birləşib
Tech-Biznes
04.02.2025
Emil
Yaponiyanın holdinq şirkəti SoftBank Group-un baş direktoru Masayoshi Son və OpenAI-nin CEO-su Sam Altman, SB OpenAI Japan adlı birgə müəssisənin yaradıldığını elan ediblər. Bu müəssisə Yaponiyada korporativ müştərilər üçün süni zəka xidmətləri təqdim edəcək. Şirkətlər yeni müəssisəyə bərabər paylarla (50:50) sahib olacaqlar. SB OpenAI Japan-ı SoftBank Corp. idarə edəcək. Bu, SoftBank Group-un telekommunikasiya şöbəsi olub.
Şirkət əməkdaşları OpenAI-nin süni zəka həllərinin Yaponiyanın müxtəlif iqtisadi sahələrində – avtomobil istehsalından tutmuş pərakəndə ticarətə qədər – tətbiqini genişləndirmək üzərində çalışacaqlar. Gözlənilir ki, bu layihə ABŞ-dan kənarda OpenAI-nin korporativ müştərilər üçün təqdim etdiyi ən böyük süni zəka təşəbbüsü olacaq. Holdinqin tərkibindəki şirkətlər, həmçinin onun investisiyalarını alan PayPay və LY Corp. hər il OpenAI-ya süni zəka texnologiyalarından istifadə üçün 3 milyard dollar ödəyəcəklər.

SoftBank, Meta Platforms və Microsoft kimi süni zəka sahəsinə milyardlarla dollar investisiya yatıran texnologiya nəhənglərinin artan siyahısına qoşulur. Holdinq, süni zəka layihəsi olan Stargate-ə 15 milyard dollar investisiya yatırmağı planlaşdırır və eyni zamanda OpenAI-ya 15-25 milyard dollar arasında investisiya yatırmaq üçün danışıqlar aparır. Masayoshi Son-un OpenAI-ya dəstəyi, SoftBank-ın investisiya şirkəti kimi yenidən dirçəlişini əks etdirir. Bu, holdinqin texnoloji portfelinin dəyərinin düşməsi və uğursuz investisiya layihələri səbəbindən yaşadığı çətinliklərdən sonra baş verir.
Mənbə: Bloomberg
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
