Logo
    main-post-cover

    Qualcomm şirkəti həqiqətən də Intel-i almağı planlaşdırır

    Tech-Biznes
    23.09.2024
    Emil
         Keçən həftə The Wall Street Journal xəbər verdi ki, Qualcomm şirkəti Intel-i almağı planlaşdırır. Məlumatda qeyd edilmişdi ki, Qualcomm bu mövzu ilə bağlı hələ Intel-ə rəsmi şəkildə müraciət etməyib. Qeyd etmək lazımdır ki, Intel son zamanlarda ciddi maliyyə problemi ilə qarşılaşıb və bu səbəbdən hətta bəzi ölkələrdəki yeni zavod inşası ilə bağlı layihələrini dayandırıb. İndi isə The New York Times nəşriyyatı Qualcomm tərəfindən Intel-ın alınması planını təsdiqləyib.
         Əgər nəticə etibarilə Qualcomm şirkəti Intel-i alsa, bu onun üçün desktop prosessorlar sahəsində böyük addım olacaq. Belə ki, Qualcomm bu il iddialı şəkildə desktop prosessorlar bazarına geri qayıtdı. Digər tərəfdən Qualcomm-un Intel-i almaq istəyi müxtəlif ölkələrin antimonopoliya orqanları tərəfindən bu mövzunun ciddi şəkildə araşdırılmasına start verə bilər. Qeyd etmək lazımdır ki, Qualcomm daha öncə 100 milyard dollara Broadcomm şirkətini almağa cəhd göstərmişdi. Lakin nəticədə antimonopoliya orqanları buna icazə vermədilər.
    Paylaş