
Qualcomm şirkəti Intel-i bütövlüklə almaq ideyasından imtina edib
Tech-Biznes
28.11.2024
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Qualcomm şirkəti Intel-i almağı planlaşdırır. Bloomberg saytının təqdim etmiş olduğu yeni məlumata əsasən isə Qualcomm bu cür plandan imtina edib. Bununla belə məlumatda qeyd edilib ki, şirkət Intel ilə qismən birləşmə ideyasını hələ də aktual olaraq saxlayır. Qeyd etmək lazımdır ki, Qualcomm-un Intel-i almaq istəməsi barəsində ilk məlumatlar Intel-in heç də yaxşı olmayan maliyyə vəziyyətinin fonunda ortaya çıxmışdılar.
Bəzi məlumatlara əsaəsn Intel-in hal-hazırda 50 milyard dollar borcu var. Bu isə öz növbəsində Qualcomm ilə Intel arasındakı potensial müqavilənin bağlanmasını çətinləşdirə bilərdi. Üstəlik tərəflər arasındakı bu müqaviləyə müxtəlif tənzimləyici orqanlar tərəfindən razılıq verilməli idi. Bu isə olduqca uzun və qəliz bir prosesdir. Məhz buna görə Qualcomm şirkəti Intel-i bütövlüklə almaq ideyasından imtina edib. Bloomberg bildirib ki, bunun yerinə Qualcomm hal-hazırda Intel-in ayrı-ayrı şöbələrinin alınması ideyasını nəzərdən keçirir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
