Logo
    main-post-cover

    Satılacağı təqdirdə TikTok-un qiyməti 100 milyard dollar təşkil edə bilər

    Tech-Biznes
    22.05.2024
    Emil
         Bir neçə müddət bundan öncə ABŞ prezidenti Joe Biden tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkətinin TikTok-u satmayacağı təqdirdə bu məşhur sosial platforma ABŞ regionunda bloklanacaq. Digər tərəfdən TikTok-un Avropa regionunda da bloklanma riski mövcuddur. Lakin ByteDance şirkətinin TikTok-u satmaq qərarını verəcəyi halda bu cür müqavilənin qiyməti TikTok alqoritminin satılması xaric 100 milyard dollar təşkil edə bilər. Qeyd etmək lazımdır ki, Joe Biden tərəfindən imzalanmış qanun layihəsində qeyd edilib ki, ByteDance şirkəti TikTok-u 2025-ci ilin yanvar ayına kimi ABŞ-ın yerli şirkətinə və ya investorlardan təşkil edilmiş qrupuna satmalıdır. ABŞ Ədliyyə Departamenti TikTok-un ABŞ regionunda bloklanması əvəzinə satılması variantına üstünlük verir.
         Belə ki, bu halda amerikalı istifadəçilər platformadan istifadə etməyə davam edə biləcəklər. ByteDance öz növbəsində bu qanun layihəsini konstitusiyaya zidd hesab edərək ABŞ məhkəməsinə müraciət edib. Şirkət Joe Biden tərəfindən imzalanmış qanun layihəsinin ləğv edilməsini və TikTok-un ABŞ regionunda fəaliyyətinin davam etdirilməsini istəyir. Əgər məhkəmə nəticə etibarilə ByteDance şirkətinin lehinə qərar verməsə, şirkət qarşısında iki variant qalacaq. O ya TikTok-u satmalı ya da onu ABŞ regionunda bağlamalı olacaq. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, TikTok-un ABŞ regionunda satılması əvəzinə bağlanması variantı halında ByteDance şirkəti elə də böyük bir şey itirməyəcək. Belə ki, TikTok şirkətin bütün servisləri sayəsində əldə etdiyi ümumi gəlirin yalnız kiçik bir hissəsini əhatə edir.
         Eyni hal həmçinin şirkətin bütün servislərinin ümumi istifadəçi kütləsinə də aiddir. Digər tərəfdən əgər ByteDance şirkəti öz məşhur platformasını satmaq qərarına gəlsə, xəbərin də əvvəlində qeyd edildiyi kimi bu cür müqavilənin dəyəri 100 milyar dollar təşkil edə bilər. Hətta bunun baş verə biləcəyi ehtimalda belə şirkət TikTok-un böyük məşhurluq qazanmasında əsas rolu oynamış alqoritmi satış müqaviləsinə böyük ehtimalla daxil etməyəcək. Qeyd etmək lazımdır ki, söhbət, istifadəçiyə hansı videoların maraqlı ola biləcəyini təyin edə bilən alqoritmdən gedir. Bəzi məlumatlara əsasən alqoritmin TikTok-un satışı ilə bağlı ola biləcək istənilən müqaviləyə daxil edilməsinə qadağanı məhz Çin hökuməti qoyub.
    Paylaş