Logo
    SpaceXSI AI və X xidmətləri üçün vahid aylıq abunə təqdim etdi

    SpaceXSI AI və X xidmətləri üçün vahid aylıq abunə təqdim etdi

    Tech-Biznes
    13.10.2026
        “SpaceXSI” 12 oktyabr 2026-cı ildə “X Subscription” adlı vahid aylıq abunə sistemini elan edib. Abunə “Grok”, “Grok Bot”, “Cursor” və “X Premium” xidmətlərini 1 paketdə birləşdirir. İstifadəçilərin yararlana biləcəyi funksiyalar seçilən tarifə görə dəyişir. Fərdi abunəçilər üçün aylıq qiymətlər 8 dollardan başlayaraq 200 dollaradək çatır.
        Şirkətin əvvəlki adı “SpaceXAI” idi. ABŞ Prezidenti Donald Trump süni intellekt əvəzinə “super intelligence” ifadəsinin işlədilməsini təşviq etdikdən sonra baş direktor Elon Musk şirkətin adını “SpaceXSI” olaraq dəyişəcəyini açıqlamışdı. “SpaceXSI” avqustda proqramlaşdırma xidməti “Cursor”u satın alıb. İndi bu xidmət də şirkətin vahid abunə sisteminə daxildir.
        Aylıq 8 dollar (təxminən 14 manat) olan “Plus” planında “Grok Chat”, “Voice”, “Imagine” və “Build” var. Abunəçilər “Grok API” və proqramlaşdırma üçün hazırlanan “Cursor” xidmətindən də yararlana bilərlər. “X Premium” təsdiq nişanı, lentdə daha az reklam, müəlliflər üçün əlavə alətlər və ətraflı statistika verir. Paket fərdi istifadəçilər üçündür.
        Aylıq 30 dollar (təxminən 51 manat) olan “Premium” planına “Plus”dakı bütün funksiyalar və ən yeni “Grok” modelləri daxildir. Burada “Grok Bot”, süni intellektlə şəkil və video yaratmaq, eləcə də daha sürətli çat cavabları var. “Cursor” istifadəçiləri kodlarını saxlaya, bulud agentlərindən və avtomatlaşdırma alətlərindən yararlana bilərlər. “X” lentində reklam göstərilmir, həmçinin istənilən hesab adını qoruyub saxlamaq olur.
        “Super” planının aylıq qiyməti 100 dollar - təxminən 170 manatdır. Paket əvvəlki tariflərdəki bütün funksiyaları birləşdirir və “Grok” modellərinə sıx istifadə saatlarında üstün giriş verir. Aylıq 200 dollar (təxminən 340 manat) olan “Ultra” bütün məhsul və modellərə daha erkən çıxış açır. Onun istifadə limiti “Plus” planından 20 dəfə yüksəkdir. “Premium”, “Super” və “Ultra” komanda planı kimi də satılacaq. Korporativ müştərilər üçün ayrıca tarif hazırlanacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...