
Telegram-ın yaradıcısı Pavel Durov Fransanı tərk edib
Tech-Biznes
17.03.2025
Emil
Keçən həftənin şənbə səhəri Telegram-ın həmtəsisçisi Pavel Durov Fransanı tərk edərək Dubaya yollandı. Agence France-Presse (AFP) xəbər verib ki, o, məhkəmə nəzarəti altında olmasına baxmayaraq, Fransa hakimiyyətinin icazəsi ilə ölkədən çıxıb. Mənbələrin sözlərinə görə, istintaq hakimi Durova "bir neçə həftə" müddətinə Fransanı tərk etməyə icazə verib. Digər mənbə isə bildirib ki, Durov martın 15-i səhər saatlarında Le-Burje hava limanından Dubaya uçub. Pavel Durov 2024-cü ilin avqustunda Parisin Le-Burje hava limanında saxlanılıb. Fransanın məhkəmə orqanları ona 6 maddə üzrə ittiham irəli sürüblər.

Bunlar arasında mütəşəkkil cinayət qrupu tərəfindən qanunsuz tranzaksiyaların həyata keçirilməsi məqsədilə onlayn platformanın idarə edilməsində iştirak da var. Bu ittiham 10 ilədək həbs cəzası ilə nəticələnə bilər. Bir neçə gün sonra Durov 5 milyon avro girov qarşılığında sərbəst buraxıldı. Lakin o, həftədə 2 dəfə polisə müraciət etməli və Fransanı tərk etməməli idi. Fransanın prokurorluq nümayəndəsi Maylis de Roeck bildirib ki, Durov Fransada uzun müddət qala bilər, çünki onun işi məhkəməyə 1 ildən tez çıxarılmayacaq. O, həmçinin qeyd edib ki, hazırda hər hansı razılaşma ehtimalı üçün hələ tezdir, çünki həbsdən cəmi bir neçə ay keçib.
Mənbə: Agence France-Presse
Paylaş
Bənzər xəbərlər

Sosial Media
Telegram-da ödənişli mesajlar və digər yeni funksiyalar istifadəyə verilib
Telegram messencerinin tərtibatçıları xidmətin inkişafını davam etdirərək yeni funksiyalar əlavə edirlər. Son yeniləmə ilə platformada ödənişli mesajlar dəstəklənməyə başlayıb. Bu xüsusiyyət sayəsində kontent yaradıcıları və ictimai şəxslər məxfiliyə daha çox nəzarət edə biləcək və populyarlıqlarını monetizasiya edə biləcəklər.

Sosial Media
Telegram-da ödənişli mesajlar istifadəyə veriləcək
İnsayderlər Telegram-ın gələcək funksiyalarından birini - ödənişli mesajları açıqlayıblar. Artıq bu funksiyanın harada və necə çalışacağı, habelə kimə gəlir gətirəcəyi barədə bəzi detallar məlum olub.

Sosial Media
Telegram video izləmə ilə bağlı yeni funksiyaları əldə edib
Telegram növbəti böyük yenilənməni əldə edib. İndi istifadəçilər videolar üçün üzlüklər təyin edə, kanallar adından ulduz reaksiyası qoya, videolar üçün müəyyən bir vaxtdan başlamaqla keçid linkləri kopyalaya və stikerlər üzrə axtarış üçün süni zəkadan istifadə edə bilərlər.

Tech-Biznes
Telegram-ın qurucusu Pavel Durov hələ uzun müddət Fransada qalmalı olacaq
Telegram-ın qurucusu Pavel Durov Fransada uzun müddət qala bilər, çünki onun işi məhkəməyə ən azı 1 ildən tez təqdim olunmayacaq. Bu barədə Wired Fransanın prokurorluq nümayəndəsi Maylis de Roeck-ə istinadən xəbər verib.

Sosial Media
Telegram 1000-dən çox istifadəçisinin məlumatlarını ABŞ hökumətinə təqdim edib
Telegram-ın yaradıcısı Pavel Durov keçən ilin avcqust ayında Fransada hüquq-mühafizə orqanları tərəfindən həbs olunandan və daha sonra azadlığa buraxılandan sonra messencer aktiv şəkildə ABŞ hökuməti ilə əməkdaşlıq etməyə başlayıb.
Ən çox oxunanlar

OpenAI CEO-su proqramlaşdırma əvəzinə süni zəka alətlərindən istifadəni öyrənməyi məsləhət görüb
