
Telegram sonunda gəlirli olmağı bacarıb
Tech-Biznes
25.12.2024
Emil
Telegram-ın yaradıcısı Pavel Durov messencer ilə bağlı 2024-cü il üzrə yekun statistikaları bölüşüb. Məlum olub ki, bu il Telegram sonunda gəlirli olmağı bacarıb. Beləliklə bu nailiyyəti əldə etmək üçün Telegram-a və Durov-a 10 il vaxt lazım olub. “Mənim daha öncə proqnozlaşdırdığım kimi 2024-cü il Telegram üçün olduqca uğurlu il oldu. Son 3 ildə ilk dəfə Telegram-ın monetizasiyası gəlirli olub” - deyə Durov qeyd edib. Onun sözlərinə əsasən bu il Telegram Premium abunəliyinin istifadəçi kütləsi 3 dəfə böyüyərək ümumilikdə 12 milyon istifadəçini keçib. Bununla yanaşı messencerin reklam gəlirləri iki dəfə artıb.
Məlumata əsasən bu il Telegram-ın ümumi gəliri 1 milyard dolları keçib. Messencer 2024-cü ili kriptovalyuta aktivləri nəzərə alınmaqla 500 milyon dollarlıq vəsait ehtiyatı ilə yekunlaşdırır. Durov bildirib ki, Telegram-ın bu müsbət dinamikası onu sübut edir ki, sosial şəbəkə platformaları müstəqil şəkildə fəaliyyət göstərərək və istifadəçilərin hüquqlarına hörmətlə yanaşaraq maliyyə stabilliyinə nail ola bilərlər. Bu cür müsbət nəticələrin fonunda Telegram öz səhmlərinin birjaya yerləşdirilməsi prosesini nəzərdən keçirir. Hələ bir neçə müddət bundan öncə Durov qeyd etmişdi ki, ilkin qiymətləndirməyə əsasən Telegram-ın bazar dəyəri 30 milyard dollar və ya ondan daha çox təşkil edir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
