
Tərtibatçılar App Store ilə bağlı Apple şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırıblar
Tech-Biznes
06.05.2025
Emil
Apple App Store siyasəti ilə bağlı məhkəmə qadağasını pozmaqda ittiham olunduğuna görə yeni bir kollektiv iddia ilə üzləşib. Hagens Berman adlı hüquq firması tərtibatçılar adından məhkəməyə müraciət edib və iddia edir ki, Apple məhkəmə qərarına baxmayaraq alternativ ödəniş sistemlərindən istifadənin iqtisadi baxımdan əlverişsiz olmasına bilərəkdən şərait yaradıb. 9to5Mac nəşrinin xəbərinə görə, iddiaya səbəb, ötən ay hakim Yvonne Gonzalez Rogers-in verdiyi qərar olub. Həmin qərarda Apple-a App Store-dan kənar ödənişlərə yönləndirməyə görə komissiya almaq və ya bu prosesi məhdudlaşdırmaq qadağan edilmişdi. Lakin iddiaçılar bildirirlər ki, Apple elə yeni qaydalar tətbiq edib ki, bu məhkəmə qərarının təsirini demək olar ki, tamamilə aradan qaldırıb.

Hagens Berman hüquq firması mətbuat açıqlamasında bildirib ki, bu iş üzrə əsas iddiaçı ölkə üzrə basketbolçuların məşq və bacarıqlarını inkişaf etdirmək üçün istifadə etdiyi tətbiqin yaradıcıları olan Pure Sweat Basketball şirkətidir. Lakin, məhkəmə qərarına baxmayaraq, Pure Sweat tətbiqi vasitəsilə birbaşa abunə satışı həyata keçirə bilmir. Hüquqşünasların qiymətləndirməsinə görə, Apple-ın bu hərəkətləri nəticəsində 100 mindən çox tərtibatçı zərər görüb. Onlar öz müştərilərinə rəqəmsal məhsul və abunəlikləri birbaşa satmaq imkanından məhrum ediliblər. Bunun əvəzinə, Apple-a komissiya ödəməyə məcbur olublar ki, bu da iddiada qeyd edildiyi kimi, “Apple-ın tələb etməyə hüququ olmadığı” bir ödənişdir.

Qeyd etmək lazımdır ki, Hagens Berman hüquq firması Apple ilə məhkəmədə ilk dəfə qarşılaşmır. Məhz bu firma daha əvvəl App Store siyasətində dəyişikliklərə və tərtibatçılar üçün 100 milyon dollarlıq xüsusi yardım fondunun yaradılmasına səbəb olmuş indie-tərtibatçıların iddiasının başlanğıcında dayanmışdı. Apple isə öz növbəsində məhkəmə qərəti ilə razılaşmır və artıq apellyasiya şikayəti verib. Şirkət həmçinin bildirir ki, bütün göstərişlərə əməl edir və App Store qaydalarına müvafiq dəyişikliklər edib. Lakin tərtibatçılar hesab edirlər ki, bu dəyişikliklər formal xarakter daşıyır və onlara real seçim azadlığı vermir.
Mənbə: 9to5mac
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
