
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
Tech-Biznes
30.01.2024
Emil
ABŞ Federal Ticarət Komissiyası (FTC) süni zəka sahəsində fəaliyyət göstərən perspektivli startaplara milyardlarla dollar investisiya yatırmış böyük texnoloji şirkətlər barəsində istintaqa start verib. Məlumata əsasən FTC əsasən Microsoft, Google və Amazon şirkətləri ilə OpenAI və Anthropic şirkətləri arasında olan əməkdaşlıqlarını analiz edəcək.
Məqsəd adları sadalanmış şirkətlər arasındakı əməkdaşlıqların bulud hesablamalar və süni zəka servisləri sahəsində innovasiyalar ilə rəqabətə təsir göstərib-göstərmədiklərini təyin etməkdir. FTC-nin rəhbəri Lina Khan-ın sözlərinə əsasən böyük texnoloji şirkətlər ilə startaplar arasındakı əməkdaşlıq bu və ya digər sahədə monopoliyanın yaranmasına səbəb ola və müstəqil tərtibatçıların aparıcı texnologiyalara çıxışlarını məhdudlaşdıra bilər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
