
The New York Times qəzeti OpenAI ilə Microsoft-u məhkəmyə verib
Tech-Biznes
28.12.2023
Emil
The New York Times qəzeti OpenAI ilə Microsoft-u məhkəməyə verib. Səbəb isə sözügedən şirkətlərin öz çat-botlarının və digər süni zəka sistemlərinin təlimatlandırılmalarında qəzetin çoxlu sayda materiallarından istifadə etmiş olmalarıdır. Qəzet tərəfindən qaldırılmış məhkəmə iddiasında qəzetə yetirilmiş miyardlarla dollar zərərdən söz açılıb. Bu səbəbdən də The New York Times təzminat tələb edir.
Bununla yanaşı qəzet bu şirkətlərdən qəzetin materialları əsasında təlimatlandırılmış süni zəka modellərinin məhv edilməsini tələb edir. The New York Times hesab edir ki, OpenAI ilə Microsoft-un öz süni zəka sistemlərinin təlimatlandırılmalarında qəzetin materiallarından istifadə etmələri qəzet üçün böyük rəqabət yaradır. Nəticədə qəzetin trafiki, reklam gəlirləri və abunəçilərinin sayı azalır. OpenAI ilə Microsoft bu məsələyə hələ heç bir fikir bildirməyiblər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
