Logo
    main-post-cover

    TikTok, ABŞ-dakı vəziyyətini düzəltmək üçün son şans kimi Ali Məhkəməyə müracitə edib

    Tech-Biznes
    20.12.2024
    Emil
         Bu ilin aprel ayında ABŞ prezidenti Joe Biden tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti sahibi olduğu TikTok servisini 19 yanvar tarixinə kimi ABŞ-ın yerli şirkətlərindən birinə satmalıdır. Əks halda servis ABŞ ərazisində bloklanacaq. TikTok administrasiyası bu qərarın ləğv edilməsi və ya müddətli dayandırılması məqsədilə bir neçə müddət bundan öncə Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Lakin Apellyasiya Məhkəməsi nəticədə TikTok-un əleyhinə qərar verdi. Servisin ABŞ ərazisində bloklanma müddətinə az qalmış TikTok administrasiyası son şans kimi ABŞ Ali Məhkəməsinə müraciət edib.
         Məlum olub ki, ABŞ Ali Məhkəməsi məşhur servisin bloklanmasına istiqamətlənmiş qanun layihəsinin ABŞ Konstitusiyasının birinci düzəlişini pozub-pozmaması işinə baxmaq qərarına gəlib. Qeyd etmək lazımdır ki, ABŞ Konstitusiyasının birinci düzəlişi söz azadlığının təmin olunmasına zəmanət verir. The Verge saytının vermiş olduğu məlumata əsasən bu məsələ ilə bağlı məhkəmə prosesi 10 yanvar tarixində baş tutacaq. Ali Məhkəmənin işə baxma qərarı TikTok-a ABŞ ərazisində tamamilə bloklanma aqibətindən yan keçməyə müəyyən qədər şans verir. Lakin digər tərəfdən məhkəmənin qeyd edilmiş qanunu ləğv etməyəcəcyi halda vəziyyətin necə olacağı məlum deyil.
    Paylaş
    Bənzər xəbərlər
    tiktok-artiq-yaxin-zamanda-abs-uzre-tetbiq-magazalarindan-siline-biler
    Tech-Biznes

    TikTok artıq yaxın zamanda ABŞ üzrə tətbiq mağazalarından silinə bilər

    Bu ilin aprel ayında ABŞ prezidenti Joe Biden ölkədə TikTok-un qadağan edilməsinə hədəflənmiş qanun layihəsini imzalamışdı. ABŞ prezidenti tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmayacağı təqdirdə bu sosial platforma ölkədə bloklanacaq.
    abs-apellyasiya-mehkemesi-tiktok-un-eleyhine-qerar-qebul-edib
    Tech-Biznes

    ABŞ Apellyasiya Məhkəməsi TikTok-un əleyhinə qərar qəbul edib

    Bu ilin aprel ayında ABŞ prezidenti Joe Biden ölkədə TikTok-un qadağan edilməsinə hədəflənmiş qanun layihəsini imzalamışdı. ABŞ prezidenti tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmayacağı təqdirdə bu sosial platforma ölkədə bloklanacaq.
    artiq-tiktok-da-18-yasdan-kicik-istifadeciler-gozellik-filtrlerinden-istifade-ede-bilmeyecekler
    Sosial Media

    Artıq TikTok-da 18 yaşdan kiçik istifadəçilər gözəllik filtrlərindən istifadə edə bilməyəcəklər!

    TikTok gənc istifadəçilərini qorumağı hədəfləyən yeni təhlükəsizlik tədbirlərini açıqlayıb. Artıq 13 yaşdan kiçik şəxslər TikTok-da qeydiyyatdan keçə bilməyəcək, 18 yaşdan aşağı istifadəçilər isə üz filtrindən istifadə edə bilməyəcəklər.
    tiktok-un-sahibi-bytedance-fotolarin-tertibati-ve-redaktesi-ucun-suni-zeka-sistemini-istifadeye-verib
    Süni İntellekt

    TikTok-un sahibi ByteDance fotoların tərtibatı və redaktəsi üçün süni zəka sistemini istifadəyə verib

    TikTok-un sahibi olan ByteDance şirkəti SeedEdit adlı süni zəka sistemini istifadəyə verib. Bu, mətn fomratında təsvirlər əsasında fotoların tərtibatına və redaktəsinə istiqamətlənmiş süni zəka sistemidir.
    kanadada-tiktok-un-fealiyyetinin-dayandirilmasi-emri-verilib
    Sosial Media

    Kanadada TikTok-un fəaliyyətinin dayandırılması əmri verilib

    Kanada TikTok-a ölkədə fəaliyyət göstərilməsinin dayandırılması əmrini verib. Səbəb isə TikTok və onun sahibi olan ByteDance şirkəti tərəfindən ölkənin milli təhlükəsizliyinə olan risklərlə bağlıdır.