
TikTok artıq yaxın zamanda ABŞ üzrə tətbiq mağazalarından silinə bilər
Tech-Biznes
16.12.2024
Emil
Bu ilin aprel ayında ABŞ prezidenti Joe Biden ölkədə TikTok-un qadağan edilməsinə hədəflənmiş qanun layihəsini imzalamışdı. ABŞ prezidenti tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmayacağı təqdirdə bu sosial platforma ölkədə bloklanacaq. Qanun layihəsinə əsasən ByteDance şirkəti TikTok-u 19 yanvar tarixinə kimi ABŞ-ın yerli şirkətlərindən birinə satmalıdır. İndi isə məlum olub ki, ABŞ-ın Kolumbiya dairəvi üzrə Apellyasiya Məhkəməsi, TikTok administrasiyasının bu qanun layihəsinin müddətli şəkildə dayandırılmasına və ya ümumiyyətlə ləğv edilməsinə istiqamətlənmiş ərizəsini qəbul etməyib.
Qeyd etmək lazımdır ki, TikTok administrasiyası qeyd edilmiş ərizəni keçən həftənin əvvəlində Apellyasiya Məhkəməsinə göndərmişdi. Göndərilmiş ərizədə bu məşhur servis bu işin ABŞ Ali Məhkəməsinə göndərilməsi üçün əlavə zamanın təqdim edilməsini xahiş edib. Apellyasiya Məhkəməsi isə öz növbəsində TikTok-un ərizəsini qəbul etməyərək qeyd edib ki, TikTok, Ali Məhkəmənin bu işə baxmasına kimi mövcud qanun layihəsinin ləğvini mümkün edəcək heç bir faktı təqdim etməyib. ABŞ hökuməti həmçinin Apple və Google şirkətlərinə də hazırlıqlı olmaları tapşırığını verib.
Belə ki, adları sadalanmış bu şirkətlər vəziyyətin dəyişməyəcəyi halda 19 yanvar tarixində App Store və Google Play platformalarından TikTok-u silməli olacaqlar. Qeyd etmək lazımdır ki, ABŞ hökumətinin bu sosial platformanı ölkədə qadağan etmək istəməsində əsas səbəb TikTok-un Çin hökuməti ilə əlaqəli ola bilməsində və propaqanda məqsədilə platformada dezinformasiyanın yayılmasındadır. ABŞ hökuməti narahatdır ki, Çin hökuməti TikTok vasitəsilə amerikalıların konfidensial məlumatlarını yığır.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
