Logo
    main-post-cover

    TikTok-un alınması üçün ABŞ-da suveren investisiya fondunun yaradılması tapşırılıb

    Tech-Biznes
    04.02.2025
    Emil
         ABŞ prezidenti Donald Trump əsas siyasi və iqtisadi məsələləri bir qədər yoluna qoyduqdan sonra orta müddətli perspektivdə həll edilməli olan məsələlərlə məşğul olmağa başladı. Xüsusilə, seçkiqabağı vədlərindən birini yerinə yetirərək, o, ABŞ-da suveren investisiya fondunun yaradılması barədə göstəriş verib. Bu fondun vəsaitləri gələcəkdə TikTok-un satın alınması üçün istifadə oluna bilər. ABŞ Ticarət Maliyyə Nazirliklərinə yeni prezident fərmanı ilə 90 gün ərzində suveren investisiya fondunun yaradılması planını hazırlamaq, həmçinin onun maliyyələşdirilməsi və idarə olunması ilə bağlı tövsiyələr hazırlamaq tapşırılıb. Bu cür fondlar dünyanın müxtəlif ölkələrində mövcuddur və onların sayı 90-dan çoxdur.
         İdarə etdikləri aktivlərin ümumi dəyəri 8 trilyon dollara çatır. Problemin əsas məqamı odur ki, ənənəvi olaraq suveren investisiya fondları dövlət büdcəsinin profisitindən (büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir) maliyyələşdirilir. Lakin ABŞ-da büdcə kəsiri mövcuddur. Bundan əvvəl Donald Trump, fondu gömrük tariflərindən əldə olunan gəlirlər və digər innovativ metodlar hesabına maliyyələşdirmənin mümkün olduğunu qeyd etmişdi. Böyük ehtimalla, fondun yaradılması üçün ABŞ Konqresinin icazəsi tələb olunacaq. Fondun vəsaitlərinin yol şəbəkəsi və hava limanları kimi milli infrastrukturun inkişafına, sənaye istehsalının genişləndirilməsinə və tibbi araşdırmalara yönəldilməsi planlaşdırılır. Fondun növbəti 12 ay ərzində yaradılması nəzərdə tutulur.
         Təkliflərdən biri hazırda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına dəstək verən ABŞ Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının (IDFC) suveren investisiya fonduna çevrilməsini ehtiva edir. Bundan əlavə, məlumat verilib ki, ABŞ hakimiyyəti belə bir fondu hələ keçmiş prezident Joe Biden dövründə yaratmağı planlaşdırırdı. ABŞ daxilində Alyaska, Texas və Nyu-Meksiko kimi bəzi ştatlar öz investisiya fondlarını idarə edirlər. Bu fondların vəsaitləri əsasən təhsil sahəsinin maliyyələşdirilməsinə və vergi güzəştlərinə yönəldilir. Fondlar isə tez-tez bölgələrdə hasil edilən təbii sərvətlərin satışından və ya torpaq sahələrinin realizasiyasından əldə olunan gəlirlərlə maliyyələşdirilir. Donald Trump əlavə edib ki, əgər ABŞ-da TikTok-un Amerika aktivləri üçün uyğun bir alıcı tapılmazsa, onları məhz bu suveren fond ala bilər. Prezidentin sözlərinə görə, bu ay ərzində tətbiqin ABŞ-dakı taleyi müəyyən edilməlidir.
    Mənbə: Reuters
    Paylaş
    Bənzər xəbərlər
    mrbeast-investorlar-qrupu-ile-tiktok-un-alinmasini-nezerden-kecirir
    Tech-Biznes

    MrBeast investorlar qrupu ilə TikTok-un alınmasını nəzərdən keçirir

    Amerikalı investorlar qrupu məşhur MrBeast ləqəbi ilə tanınan YouTube bloqeri Jimmy Donaldson-un dəstəyi ilə TikTok-u almaq üçün 20 milyard dollardan çox vəsait toplayıb. Bu barədə texnologiya sahibkarı Jesse Tinsley məlumat verib.
    meta-sirketi-donald-trump-a-25-milyon-dollar-hecminde-tezminat-odeyecek
    Tech-Biznes

    Meta şirkəti Donald Trump-a 25 milyon dollar həcmində təzminat ödəyəcək

    Technote.az Engadget saytına istinadən xəbər verir ki, Meta şirkəti, ABŞ-ın yeni prezidenti Donald Trump-a 25 milyon dollar ödəyərək 2021-ci ildə açılmış məhkəmə iddiasını həll etməyə razılaşıb.
    donald-trump-ve-digerleri-deepseek-in-ugurlarini-yuksek-qiymetlendiribler
    Süni İntellekt

    Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər

    Technote.az Reuters platformasına istinadən bildirir ki, Çinin süni zəka startapı DeepSeek-in yeni süni zəka modelinin təqdimatı investorlar arasında ABŞ şirkətlərinin süni zəka sahəsində liderliyini qoruyub saxlaya biləcəyi ilə bağlı şübhələr yaradıb. Bu modelin daha az resursla yüksək performans əldə etməsi diqqət çəkib.
    donald-trump-microsoft-tiktok-u-elde-etmek-ucun-danisiqlar-aparir
    Tech-Biznes

    Donald Trump: "Microsoft TikTok-u əldə etmək üçün danışıqlar aparır"

    Technote.az Reuters platformasına istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trump, Microsoft-un TikTok-u əldə etmək üçün danışıqlar apardığını təsdiqləyib və bu prosesdə bir çox iştirakçının təklif verəcəyini gözlədiyini bildirib.
    tiktok-un-oracle-sirketi-terefinden-elde-edilmesi-nezerden-kecirilir
    Tech-Biznes

    TikTok-un Oracle şirkəti tərəfindən əldə edilməsi nəzərdən keçirilir

    ABŞ prezidenti Donald Trump-ın administrasiyası Oracle şirkətinin amerikalı investorlarla birlikdə TikTok-un əldə edilməsi üzrə danışıqlar aparır.