TikTok-un Oracle şirkəti tərəfindən əldə edilməsi nəzərdən keçirilir
Tech-Biznes
27.01.2025
Emil
ABŞ prezidenti Donald Trump-ın administrasiyası Oracle şirkətinin amerikalı investorlarla birlikdə TikTok-un əldə edilməsi üzrə danışıqlar aparır. Qeyd etmək lazımdır ki, keçən ilin aprel ayında keçmiş ABŞ prezidenti Joe Biden tərəfindən imzalanmış qanun layihəsi 19 yanvar 2025-ci il tarixinə kimi ByteDance şirkətinin TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmayacağı təqdirdə bu məşhur platformanın ölkədə bloklanmasına istiqamətlənmişdi. 19 yanvar tarixində TikTok qısa müddətlik də olsa ABŞ-da fəaliyyətini dayandırmalı oldu.
Lakin ABŞ-ın yeni prezidenti Donald Trump-ın səyləri nəticəsində qanun layihəsinin icrası müəyyən müddətlik təxirə salındı və TikTok öz fəaliyyətini bərpa etdi. Bununla belə Trump bildirdi ki, TikTok-un ABŞ-dakı fəaliyyətinin davam etdirilməsi üçün onu mütləq şəkildə yerli şirkətlərdən birinə satmaq lazım gələcək. Trump-ın ideyasına əsasən TikTok öz fəaliyyətini bu platformanın hal-hazırki və yeni sahiblərinin birlikdə yaradacaqları yeni şirkət çərçivəsində davam etdirməlidir. Bu halda ABŞ platformanın 50%-nə sahib olmalıdır.
Yeni məlumata əsasən hal-hazırda Oracle şirkətinin TikTok-un qlobal əməliyyatları üzərində idarəni əldə edəcəyi və ByteDance şirkətinin böyük olmayacaq TikTok hissəsinə sahib olacağı variantı nəzərdən keçirilir. Qeyd etmək lazımdır ki, Trump öz ilk prezidentlik dövrü zamanı ByteDance şirkətini TikTok-u tamamilə satmağa məcbur etməyə cəhd göstərmişdi. Həmin vaxtda da potensial alıcılar arasında Oracle şirkəti var idi. Lakin Trump-ın birinci prezidentlik dövründə tərəflər arasında belə müqavilə bağlanmadı.
Paylaş
Bənzər xəbərlər
Tech-Biznes
TikTok-un ABŞ ərazisində bloklanması prosesi 75 günlük təxirə salınıb
BŞ-ın yeni prezidenti Donald Trump-ın andiçmə mərasimindən sonra imzalamış olduğu sərəncamlardan birinə əsasən ABŞ Ədliyyə Nazirliyi TikTok ilə əməkdaşlıq edən yerli şirkətlərə qarşı müəyyən müddət ərzində cərimələr tətbiq etməyəcək.
Süni İntellekt
Donald Trump, Stargate adlı irimiqyaslı süni zəka layihəsini anons edib
ABŞ-ın yeni prezidenti Donald Trump, Stargate adlı süni zəka layihəsini anons edib. Bu, OpenAI, SoftBank və Oracle şirkətlərinin rəhbərlərinin yaradacaqları şirkət olacaq.
Elm & Texnologiya
ABŞ yenidən Paris iqlim sazişindən (COP) çıxdı
ABŞ prezidenti vəzifəsinə geri qayıtmış Donald Trump 2017-ci ildəki addımını təkrarlamağa qərar verib. Söhbət, ABŞ-ın Paris iqlim sazişindən (COP) çıxarılması qərarından gedir.
Sosial Media
TikTok bloklanmasından 24 saat keçməmiş ABŞ-da fəaliyyətini bərpa edib
ABŞ-ın keçmiş prezidenti Joe Biden tərəfindən keçən ilin aprel ayında imzalanmış qanun layihəsinə əsasən 19 yanvar tarixində TikTok rəsmi şəkildə ABŞ-da fəaliyyətini dayandırdı.
Tech-Biznes
TikTok-un Elon Musk tərəfindən alınması nəzərdən keçirilir
Hələ keçən ilin aprel ayında Joe Biden tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti 19 yanvar tarixinə kimi TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmalıdır.
Ən çox oxunanlar