
Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib
Tech-Biznes
08.09.2025
Emil
ABŞ prezidenti Donald Trump keçən həftənin cümə günü bəyan edib ki, Google və Apple kimi ABŞ texnologiya şirkətlərinə Avropa tərəfindən tətbiq olunan diskriminasiya cərimələri ləğv etmək məqsədilə ticarət araşdırmasına başlamağı planlaşdırır. O bu barədə Truth Social sosial şəbəkəsində, Avropa Komissiyasının Google-u reklam biznesində rəqabətə zidd praktikalara görə 2.95 milyard avro (3.45 milyard dollar) məbləğində cərimələdiyinin məlum olmasından bir neçə saat sonra yazıb.

“Biz bu cür vəziyyətin parlaq və misilsiz ABŞ ixtiraçılığına qarşı baş verməsinə imkan verə bilmərik və əgər bu baş verərsə, mən məcbur olub 301-ci Bölməyə uyğun olaraq prosedura başlayacağam ki, bu vergi ödəyən ABŞ şirkətlərinə tətbiq edilən ədalətsiz cərimələri ləğv edim” - deyə Trump Truth Social hesabında qeyd edib. ABŞ prezidenti qeyd edib ki, Google əvvəllər “saxta iddialar və ittihamlar” üzrə 13 milyard dollar ödəyib.

“Bu, son dərəcə ədalətsizdir və ABŞ vergi ödəyiciləri buna dözməyəcəklər!” - deyə Trump bəyan edib. O, həmçinin Avropa Birliyini Apple-dan guya rəqabətə zidd fəaliyyətə görə milyardlarla dollar məbləğində vergi borcları və cərimələr tələb etməklə şantajda ittiham edib. Onun sözlərinə görə, Apple 17 milyard dollar məbləğində cərimələnib və görünür, bu məbləğə şirkətin 2024-cü ildə İrlandiya məhkəməsinin qərarı ilə iyul ayında ödədiyi 16.5 milyard dollar (14.25 milyard avro) vergi borcu da daxildir. Trump hesab edir ki, Apple öz pullarını geri almalıdır.
Paylaş