Logo
    main-post-cover

    Trump-ın yeni rüsumları səbəbilə TikTok-un satışı üzrə danışıqlar dayandırılıb

    Tech-Biznes
    07.04.2025
    Emil
         TikTok-un Amerika aktivlərinin ayrılması ilə bağlı razılaşma dayandırılıb - Pekin, ABŞ prezidenti Donald Trump yeni rüsumlar tətbiq etdikdən sonra bu razılaşmanı təsdiqləməyəcəyini açıq şəkildə bəyan edib. Bu barədə Reuters iki mənbəyə istinadən məlumat yayıb. 2 aprel, çərşənbə günü təsdiqlənmiş ilkin sxemə əsasən, TikTok-un ABŞ seqmenti müstəqil bir şirkət kimi ayrılmalı və bu şirkət ABŞ-da yerləşərək əsasən amerikalı investorların mülkiyyətində və idarəçiliyində olmalı idi.
         TikTok-un yaradıcı və hazırkı sahibi olan ByteDance şirkətinə isə yeni şirkətdə 20%-dən çox olmayan azlıq payı verilməsi nəzərdə tutulurdu. Bu razılaşma sxemi TikTok-un mövcud investorları, platformanın yeni investorları, ByteDance şirkəti və ABŞ hökuməti tərəfindən təsdiqlənmişdi. Trump komandası ilə birlikdə bu xidmətin alınması üzrə razılaşmada “böyük irəliləyiş” əldə etdiklərini bildirmişdi. Lakin platformanı kimin alacağı hələ də tam məlum deyil.
         Buna baxmayaraq, bu irəliləyiş keçən həftə Trump-ın Çinlə bağlı 34%-lik yeni rüsumlar tətbiq etməsindən sonra pozuldu - Çin də eyni şəkildə cavab verdi. Yanvar ayında TikTok ABŞ-da qısa müddətlik bloklanmışdı. Trump prezident vəzifəsinə başladıqdan sonra bloklamanı 75 gün müddətinə təxirə saldı. Keçən həftənin sonunda isə məlum oldu ki, Trump bu təxirəni eyni müddətə bir daha uzadıb. TikTok-la bağlı razılaşmanın dayandırılması ilə əlaqədar nə ByteDance-dən, nə Ağ Evdən, nə də Çinin ABŞ-dakı səfirliyindən rəsmi şərh verilməyib.
    Mənbə: Reuters
    Paylaş
    Bənzər xəbərlər
    donald-trump-tiktok-un-abs-da-qadagasini-novbeti-defe-75-gunluyune-texire-salib
    Tech-Biznes

    Donald Trump TikTok-un ABŞ-da qadağasını növbəti dəfə 75 günlüyünə təxirə salıb

    ABŞ Prezidenti Donald Trump TikTok sosial şəbəkəsinin ABŞ-da fəaliyyətinin qadağan olunmasına dair qərarın icrasını 75 gün müddətinə təxirə salıb.
    donald-trump-tiktok-ile-bagli-razilasmanin-elde-edilmesine-yaxin-olduqlarini-bildirib
    Tech-Biznes

    Donald Trump, TikTok ilə bağlı razılaşmanın əldə edilməsinə yaxın olduqlarını bildirib

    Rəsmi olaraq, ABŞ-da TikTok sosial şəbəkəsinin fəaliyyətinə qadağa qoyulmasına dair möhlət bu yaxın şənbə gününə qədər qüvvədədir və potensial alıcıların Amerika aktivlərinin ayrılması ilə bağlı razılaşma üçün danışıqlar aparmağa hələ vaxtları var.
    avropa-birliyi-tiktok-u-500-milyon-avro-cerimeleyecek
    Tech-Biznes

    Avropa Birliyi TikTok-u 500 milyon avro cərimələyəcək

    ByteDance şirkəti, yəni qısa videolar platforması olan TikTok-un sahibi, Avropa istifadəçilərinin məlumatlarını Çinə qanunsuz ötürdüyünə görə 500 milyon avro cərimələnə bilər.
    abs-in-yeni-tarifleri-sebebile-dunyanin-en-varli-sexsleri-1-gunde-208-milyard-dollar-itiribler
    Tech-Biznes

    ABŞ-ın yeni tarifləri səbəbilə dünyanın ən varlı şəxsləri 1 gündə 208 milyard dollar itiriblər

    ABŞ-ın gömrük nəzarəti sahəsində yeni tarif siyasətinin dünya iqtisadiyyatı üçün hansı sarsıntılarla nəticələnəcəyi hələ məlum deyil, lakin fond bazarının ilkin reaksiyası göstərir ki, prezident Donald Trump-ın atdığı addımlar nəticəsində dünyanın ən zəngin 500 insanının sərvəti bir gün ərzində ümumilikdə 208 milyard dollar azalıb.
    donald-trump-in-yeni-idxal-rusumlari-boyuk-sirketlerin-sehmlerinin-deyerini-asagi-salib
    Tech-Biznes

    Donald Trump-ın yeni idxal rüsumları böyük şirkətlərin səhmlərinin dəyərini aşağı salıb

    ABŞ prezidenti Donald Trump-ın yeni idxal rüsumlarının tətbiqini elan etməsindən sonra, “möhtəşəm yeddilik” adlandırılan şirkətlərin səhmlərinin dəyəri kəskin şəkildə azalıb.