Logo
    main-post-cover

    Trump, Musk-ın ABŞ büdcəsi qanununu tənqid etməsindən narazıdır

    Tech-Biznes
    05.06.2025
    Emil
         Elon Musk sənədi tənqid edərək bildirib ki, bu qanunun həyata keçirilməsi dövlət xərclərinin və büdcə kəsirinin artmasına səbəb olacaq. Donald Trump isə Şimali Amerika dövlətinin büdcəsi ilə bağlı qanun layihəsinə mütəmadi şəkildə tənqidlər yönəldən Musk-ın bu davranışından getdikcə daha çox narahat olmağa başlayıb. Bu barədə The Wall Street Journal öz mənbələrinə istinadən məlumat yayıb. Jurnalistlərin məlumatlarına görə, Trump və onun yaxın komandası Musk-ın təsdiqlənmiş qanunla bağlı neqativ şərhlərinə son dərəcə təəccüblənib. Çünki Musk sənədi açıq şəkildə “iyrənc” adlandırıb.
        Ağ Evin rəhbəri, dünyanın ən varlı şəxsi olan Musk-ı başa düşə bilmir. Çünki o, 4 ay ərzində Oval kabinetlə çox yaxın əməkdaşlıq edib, lakin sonda Tesla SpaceX rəhbəri Trump komandasının və hazırkı siyasətinin əleyhdarına çevrilib. Prezidentin komandasında yer alan bir məmur bu məlumatı anonim şəkildə bölüşüb. Musk-ı isə Trump-ın son qərarı qəzəbləndirib. Söhbət, Jared Isaacman-ın NASA rəhbəri vəzifəsindən geri çağırılması qərarından gedir. ABŞ-ın 47-ci prezidentinin bu addımından sonra Musk büdcə qanun layihəsinə qarşı daha da sərtləşib.
        Milyarder şəxsi söhbətlərində tərəfdarlarına bildirib ki, Trump-ın ikinci dəfə prezident seçilməsi üçün 100 milyon dollardan çox vəsait xərcləyib, lakin hakimiyyətə gələn 79 yaşlı siyasətçi onun NASA rəhbəri postuna irəli sürdüyü namizədi təsdiqləməkdən imtina edib. Yayımlanan məlumatda qeyd olunur ki, Musk-ı yeni qanun layihəsində narahat edən əsas məsələ, qanun qüvvəyə mindikdən dərhal sonra dövlət xərclərinin artması ilə büdcə kəsirinin kəskin yüksəlməsi ehtimalıdır. DOGE-un (Hökumət Effektivliyi Departamenti) keçmiş rəhbəri həmçinin sosial şəbəkədəki izləyicilərini ABŞ Konqresinin üzvlərinə zəng edib bu sənədin təsdiqlənməsi prosedurunda müsbət səs verməkdən imtina etməyə çağırıb.
    Paylaş