
xAI bir gündə 500 işçini işdən azad edib
Tech-Biznes
15.09.2025
Emil
Elon Musk-ın xAI startapı məlumatların annotasiyası üzrə komandasının təxminən 1/3-ni şdən çıxararaq heyəti təxminən 500 nəfər azaldıb. Bu barədə keçən həftənin cümə günü əməkdaşlara göndərilmiş elektron bildirişdə qeyd edilib. xAI-in elektron məktubunda bildirilib ki, Human Data kimi məlumatlarla iş üzrə irəliləyişin diqqətlə təhlilindən sonra süni intellekt mütəxəssislərinin genişləndirilməsi və prioritetləşdirilməsini sürətləndirmək, eyni zamanda süni intellekt təlimi üzrə ekspertlərin (AI Generalist Tutors) vəzifələrinə diqqəti azaltmaq qərarı verilib. “Bu strateji dönüş dərhal qüvvəyə minir” - deyə şirkət əlavə edib və fokusun dəyişməsi ilə əlaqədar olaraq bu profildəki vəzifələrin əksəriyyətinə ehtiyac qalmadığını, bildiriş alan əməkdaşlarla münasibətlərin dayandırılacağını vurğulayıb.

Əməkdaşlara xəbərdarlıq edilib ki, əməkhaqqı ödənişləri ya müqavilənin sonuna qədər, ya da 30 noyabra qədər davam edəcək, lakin korporativ sistemlərə giriş işdən çıxarılma bildirişi alındığı gün dayandırılacaq. Ondan bir gün əvvəl, cümə axşamı xAI məlumatların annotasiyası üzrə komandanın qarşıdakı yenidən təşkilatlanması barədə əməkdaşlara bildirmiş və onlara şirkətdəki gələcək rollarını müəyyənləşdirmək üçün səhərə qədər bir sıra testlərdən keçməyi təklif etmişdi. Gələcək testlərlə bağlı elan komandanın rəhbəri olan Diego Pasini tərəfindən dərc olunub. O, əməkdaşlardan səhərə qədər ən azı bir testdən keçməyi xahiş edib.
Testlər STEM, proqramlaşdırma, maliyyə və tibb kimi ənənəvi sahələri, eləcə də qeyri-adi istiqamətləri əhatə edib. Bunlara süni intellekt əsaslı bot Grok-un “şəxsiyyəti və davranış modeli”, provokativ məzmunun yaradılması və doomscrolling (xəbər lentinə dərin dalma) daxildir. xAI-in strukturu STEM, proqramlaşdırma, maliyyə, hüquq və media üzrə mütəxəssislərdən ibarət komandaları, həmçinin video və audio annotasiyasından tutmuş mətnlərin yazılmasına qədər geniş tapşırıqları yerinə yetirən böyük bir süni intellekt üzrə universal ekspertlər qrupunu əhatə edir. Eyni zamanda cümə axşamı xAI X platformasında əməkdaş axtarışı və süni intellekt mütəxəssisləri komandasını “10 dəfə” artırmaq planları ilə bağlı elan dərc edib.
Paylaş