
Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub
Tech-Biznes
27.05.2025
Emil
Canalys analitik agentlik 2025-ci ilin birinci rübü üzrə taxıla bilən elektronika bazarı ilə bağlı hesabatını dərc edib. Bu kateqoriyaya hazırda məşhur olan ağıllı saatlar və qolbaqlar daxildir. Analitiklərin məlumatına görə, 2025-ci ilin ilk 3 ayı ərzində bu cihazları istehsal edən şirkətlər arasında lider Çin şirkəti Xiaomi olub. Şirkət 8.7 milyon cihaz tədarük edərək bazarın 19%-ni ələ keçirib. Xiaomi-nin satışlarında 44% artım müşahidə olunub ki, bu da əsasən Smart Band və Watch seriyalarının yenilənməsi, eləcə də REDMI brendi altında əlçatan məhsulların buraxılması ilə əlaqədardır.

İkinci yerdə isə 7.6 milyon cihaz satışı ilə Apple qərarlaşıb və bu, qlobal bazarın 16%-nə bərabərdir. Üçüncü yerdə daha bir Çin nəhəngi olan Huawei qərarlaşıb. Şirkət amerikalı rəqiblərindən cüzi geridə qalaraq 7.1 milyon cihaz satıb və bazarın 15%-ni əldə edib. Dördüncü yeri 4.9 milyon taxıla bilən cihaz və 11%-lik bazar payı ilə Samsung tutur. İlk beşliyi isə 1.8 milyon satış və 4% bazar payı ilə Garmin tamamlayır. Qeyd edək ki, ağıllı saatlara və qolbaqlara maraq yüksək səviyyədədir və 2024-cü ilin birinci rübü ilə müqayisədə 13% artıb. Ümumi satış həcmi 46.6 milyon ədədə çatıb.

Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
