Logo
    main-post-cover

    Yeni müqavilənin şərtlərinə görə Microsoft OpenAI-nin kiçik hissəsini əldə edə bilər

    Tech-Biznes
    15.09.2025
    Emil
         OpenAI şirkəti onilliyin sonuna qədər, xüsusilə Microsoft-a ötürülən gəlir payını hazırkı 20%-dən 8%-ə endirməyi planlaşdırır. Reuters saytı xəbər verib ki, bu dəyişiklik OpenAI-ə əlavə olaraq 50 milyard dollardan çox gəliri saxlamağa imkan verəcək. Lakin göstərilən məbləğin ümumi, yoxsa illik göstərici olduğu dəqiqləşdirilmir. Mənbənin məlumatına görə, şirkətlər həmçinin OpenAI-in Microsoft-a ödəyəcəyi server icarə haqqının dəyəri barədə danışıqlar aparır.
         Eyni zamanda OpenAI və Microsoft yeni əməkdaşlıq şərtləri ilə bağlı məcburi olmayan bir razılaşma imzalayıblar ki, bu da OpenAI-ə kommersiya şirkətinə çevrilmək üçün restrukturizasiya aparmağa imkan verəcək. Mövcud şərtlərə görə, OpenAI-in qeyri-kommersiya bölməsi 100 milyard dollardan çox vəsait alacaq ki, bu da şirkətin özəl kapital bazarlarında 500 milyard dollarlıq hədəf dəyərinin təxminən 20%-ni təşkil edir. Bunu OpenAI direktorlar şurasının sədri Bret Taylor qeyd edib. Bu, OpenAI-in qeyri-kommersiya bölməsini dünyadakı ən çox maliyyə təminatına malik qeyri-kommersiya təşkilatlarından birinə çevirəcək.
    Paylaş