1 ili 8 saata bərabər olan maraqlı bir planet: Dəmiri buxarlaşdıracaq qədər isti səthə sahibdir!
Elm & Texnologiya
03.12.2024
Farid Pardashunas
"GJ 367 b" adlanan kiçik və eyni zamanda olduqca isti bir planetdə 1 il cəmi 8 saatdan ibarətdir. Üstəlik, onun maraqlı xüsusiyyətləri bununla bitmir.
Marsdan bir qədər böyük olsa da, kifayət qədər sıx olan GJ 367 b, Dünyanın yarısı qədər kütləyə malikdir. Lakin onun strukturunun əsasən dəmirdən ibarət olduğu düşünülür. Ən təəccüblü məqam isə planetin inanılmaz istiliyidir. Ulduzuna təhlükəli dərəcədə yaxın olduğu üçün onun səthində temperatur 1500 dərəcəyə qədər qalxa bilir. Bu isə metalların əriyəcəyi, hətta bəzi elementlərin buxarlaşacağı bir cəhənnəm mühiti deməkdir. Belə bir temperaturda atmosferin uzun müddət davam gətirməsi demək olar ki, mümkün deyil. Əgər həyat üçün yararlı bir yer axtarırsınızsa, bu planet şübhəsiz ki, siyahınızda olmamalıdır.
GJ 367 b, ulduzu ətrafında orbitini cəmi 8 saata tamamlayır. Bu qədər yaxın olduğu üçün ulduzdan çox güclü radiasiya qəbul edir. Planet, Mars ilə Dünya arasındakı bir ölçüyə sahibdir - diametri təxminən 9 200 kilometrdir. Kütləsi isə Dünyanın təxminən 55%-i qədərdir. Bu qədər kiçik olmasına baxmayaraq, olduqca yüksək sıxlığa malikdir. Çəkisinin böyük hissəsinin dəmir nüvəsindən ibarət olduğu güman edilir.
Alimlər, GJ 367 b kimi ultra qısa dövrlü planetlərin necə formalaşdığını anlamağa çalışırlar. Planetin dəmir baxımından zəngin strukturu, onun əvvəlcə daha böyük olduğunu və atmosferini itirdiyini göstərir. NASA-nın Transiting Exoplanet Survey Peyki (TESS) uzaq ulduzların işığında kiçik dəyişikliklər qeydə alıb. Bu titrəmələr, bir planetin ulduzunun qarşısından keçdiyinə işarə idi. Məhz GJ 367 b də bu şəkildə aşkar edilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, Uran peyklərinin incələnməsi missiyasını hazırlayır
NASA, Uran peyklərinin incələnməsi missiyasını hazırlayır
NASA bir neçə universitetin alimləri ilə birlikdə Uranın peyklərinin incələnməsi ilə bağlı unikal missiyaya hazırlaşır. Uranın 28 peyki mövcuddur. Lakin alimlər onların arasında 3 böyük peykə diqqətlərini ayıracaqlar.
NASA buzlaqlar arasında gizli bir döyüş bazası aşkar edib!
NASA buzlaqlar arasında gizli bir döyüş bazası aşkar edib!
NASA radar texnologiyası ilə Qrenlandiyada Soyuq Müharibə bazası "Camp Century"ni aşkar edib. Baza UAVSAR (Uninhabited Aerial Vehicle Synthetic Aperture Radar) adlanan sistem ilə aşkar edilib.
James Webb Teleskopu Sombrero qalaktikasının inanılmaz görüntüsünü əldə edib!
James Webb Teleskopu Sombrero qalaktikasının inanılmaz görüntüsünü əldə edib!
James Webb Kosmik Teleskopu (JWST) yüksək texnoloji avadanlıqları ilə heyran etməyə davam edir. JWST bu dəfə Sombrero qalaktikasını indiyə qədər görülməmiş detallarla görüntüləyib.
4.45 milyard illik bir asteroid Marsın keçmişdə yaşamaq üçün əlverişli olduğunu göstərir!
4.45 milyard illik bir asteroid Marsın keçmişdə yaşamaq üçün əlverişli olduğunu göstərir!
Marsdan Yer kürəsinə gəlib çatan və təxminən 4.45 milyard il yaşı olan bir asteroid üzərində araşdırma aparan alimlər, Marsın keçmişdə yaşamağa uyğun bir planet olduğuna işarə edən yeni sübutlar aşkarlayıblar.
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!
NASA tərəfindən Beynəlxalq Kosmik Stansiyada aparılan yeni bir araşdırma, kosmosda olduqları müddətdə astronavtların idrak qabiliyyətlərinin zəiflədiyini ortaya qoyub.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!