
2019-cu ildə ABŞ-ın süni zəka startapları rekord olaraq ümumilikdə 18.5 milyard dollar invesvtisiya alıblar
Elm & Texnologiya
14.01.2020
ABŞ-ın vençur kapitalı üzrə milli assosiasiyasının (NVCA) məlumatlarına əsasən 2019-cu ildə süni zəka sahəsində fəaliyyət göstərən 1356 ABŞ şirkəti ümumilikdə 18.46 milyard dollar investisiya əldə ediblər. Bu barədə Vc.ru saytı xəbər verib. 2018-ci ildə isə 1281 ABŞ şirkəti ümumilikdə 16.8 milyard dollar investisiya cəlb etmişdi. NVCA-nın verdiyi məlumata əsasən ümumilikdə 2019-cu ildə süni zəka sahəsində fəaliyyət göstərən ABŞ şirkətləri 136.5 milyard dollar dəyərində 10.000-dən çox müqavilə bağlayıblar.
2018-ci ildə isə təqribi olaraq həmin müqavilə sayı nəticəsində ümumilikdə 140.2 milyard dollar maliyyələşdirilmə əldə edilmişdi. Dekabr ayında Crunchbase saytı qeyd etmişdi ki, 2019-cu ildə dəyəri 1 milyard dollardan yüksək olan 142 startap ortaya çıxıb. Bu isə 2018-ci ildəki göstəricidən 16 startap aşağıdır. Sözügedən reytinqdə birinci yeri məhz ABŞ tutub. Belə ki, keçən il ABŞ-da dəyəri 1 milyard dollardan yüksək olan 78 startap ortaya çıxıb.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...