
2019-da istifadəçilər tərəfindən ən çox istifadə olunan 10 şifrə (Siyahı)
Elm & Texnologiya
17.12.2019
Nijat
2019-cu ildə ümumilikdə 500 milyondan çox şifrə internetə sızdırılıb. Dövlət qurumlarından müstəqil şəkildə çalışan araşdırmacılar bu 500 milyon şifrəni analiz edərək ən çox istifadə olunan 200 şifrəni təyin elədilər. Lakin bütün siyahını paylaşmaq mümkün olmayacağı üçün ilk 10-luqu seçib sizə təqdim edirik.
Bu il sızdırılan 500 milyon şifrədən ən çox istifadə olunanı aşağıdakılardır:

12345
123456
123456789
test1
password
12345678
zinch
g_czechout
asdf
qwerty
Bu qədər sadə şifrələr niyə istifadə olunur? Bu suala bir cavab var: Yadda saxlamaq daha asandır deyə. İnsanların əksəriyyəti yadda saxlamağın çətin olduğu şifrələrdən uzaq durur. Ona görə bu tip qısa şifrələr seçilir. Hətta bir şifrəni bütün hesablarında istifadə edən insanlar belə var. Nəticədə bir hesabın şifrəsi oğurlananda digər hesablar da təhlükəyə girir. Technote olaraq məsləhətimiz bu son günlərdə bu tip halların artmasını nəzərə alaraq şifrələrinizi yeniləyin, hətta 2 faktorlu təsdiqləmə də istifadə edin.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
