Logo
    main-post-cover

    2024-cü il tarix ərzində müşahidə edilmiş ən isti il olub

    Elm & Texnologiya
    21.01.2025
    Emil
         Avropa Birliyinin Copernicus adlı iqlim dəyişikliyi xidmətinin hesabatına əsasən sənaye dövründən əvvəlki zamanla müqayisədə 2024-cü il ərzində planetdəki qlobal temperatur göstəricisi ilk dəfə 1.5 dərəcə Selsini keçib. Copernicus-un direktoru Carlo Buontempo-nun sözlərinə əsasən keçən ilin hər ayı tarix ərzində aparılmış müşahidələr arasında ən istisi olub. Bununla yanaşı o qeyd edib ki, planetdəki ortalama temperatur göstəricisi 1850-1900-cu illərdəki ortalama temperatur göstəricilərindən 1.6 dərəcə Selsi daha yüksək olub. Son 10 il isə tarix ərzində ən isti 10 il olub.
             Məlumatda qeyd edilib ki, iqlim dəyişikliyi dəhşətli təbii fəlakətlərin artmasına səbəb olub. Onlardan biri də meşə yanğınlarıdır. Meteoroloqların fikirlərinə əsasən 2025-ci ildə qlobal temperatur göstəricisinin artma tendensiyası davam edəcək. Lakin hələ ki, temperatur artımı El-Ninyo (Sakit okeanın ekvatorial hissəsində su səthinin temperaturunun dəyişməsinə təkan verərək iqlimə təsir göstərən hadisə) kimi təbiət hadisəsi səbəbilə baş verir. Mütəxəssislər bildiriblər ki, qlobal istiləşmə tempinin artması öz növbəsində daha ekstremal hava şəraitlərinə səbəb ola bilər. Buna misal olaraq istilik dalğalarını və güclü yağışları gətirmək olar.
    Paylaş