30% daha güclü CPU və 40% daha güclü GPU: Samsung Exynos 2100 flaqman prosessorunu təqdim edib

30% daha güclü CPU və 40% daha güclü GPU: Samsung Exynos 2100 flaqman prosessorunu təqdim edib

Texnologiya
13.01.2021 PAYLAŞIM

    Galaxy S21 flaqman smartfon seriyasının təqdimatından öncə Samsung şirkəti Exynos 2100 adlı yeni flaqman prosessor modelinin təqdimatını keçirdib. Sözügedən prosessor yeni növ ARM nüvələrinin istifadəsi ilə 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və inteqrasiya edilmiş 5G modemə sahibdir. Bu barədə 4pda saytı xəbər verib. 5 nanometrlik Exynos 2100 prosessorunun hazırlanmasında ultrabənövşəyi fotolitoqrafiya texnologiyasından istifadə olunub.

    Exynos 2100-un tərkibinə 3 klasterli struktura sahib 8 nüvəli mərkəzi prosessor daxildir. Beləliklə Exynos 2100 2.9 GHz tezlikdə çalışan 1 ədəd güclü Cortex-X1 nüvəsinə, 3 ədəd yüksək performanslı Cortex-A78 nüvəsinə və 4 ədəd Cortex-A55 nüvəsinə sahibdir. Exynos 990 ilə müqayisədə Exynos 2100 modeli çoxnüvəli rejimdə 30% daha çox performans sərgiləyir. Qrafik özəlliklərdən Mali-G78 çipi cavabdehdir.


    Əvvəlki model ilə müqayisədə isə yeni qrafik çipin performansı 40% yüksəlib. Exynos 2100-da bir neçə IP ünvanın idarəolunması texnologiyasından istifadə olunur. Bu isə öz növbəsində mərkəzi prosessorun, qrafik çipin və digər proseslərin enerji sərfiyyatlarını optimizasiya edir. Beləliklə smartfonun çalışma müddəti yüksəlir. Bununla yanaşı Exynos 2100-un tərkibinə təkmilləşdirilmiş təsvir emalı prosessoru (ISP) daxildir. Bu prosessor 200 MP-ə kimi olan kameraları dəstəkləyir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×