40 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən yeni ekzoplanet kəşf edilib
Elm & Texnologiya
24.05.2024
Emil Nəcəfov
Alimlər TESS kosmik teleskopundan istifadə edərək Yer kürəsindən 40 işıq ili uzaqlığında yerləşən yeni ekzoplaneti kəşf ediblər. Kəşf edilmiş ekzoplanet Gliese-12 b adını əldə edib. Bu yeni ekzoplanetin əsas fərqləndirici özəlliyi ondadır ki, o, Yer kürəsinə bənzəyir. Alimlər güman edirlər ki, Gliese-12 b-də həyat üçün münbit şərait ola bilər. Məlumata əsasən sözügedən ekzoplanetin diametri Yer kürəsinin diametri ilə eynidir. O, kiçik və soyuq ulduz ətrafında dövr edir. Güman olunur ki, Gliese-12 b daş səthə sahib planetdir. Lakin bu ekzoplanetin daha bir üstünlüyü də ondadır ki, o öz ulduzu ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr edir.
Bu isə ekzoplanetin səthində suyun maye şəklində mövcudluğunu və planetin orta temperatur göstəricisinə sahib olduğunu mümkün edir. Digər tərəfdən Gliese-12 b öz ulduzuna yaxın məsafədə yerləşir. Belə ki, onun öz ulduzu ətrafında tam dövr müddəti 12.8 gün təşkil edir. Bununla belə ekzoplanetin ulduzu bizim Günəşdən olduqca balaca və soyuqdur. Üstəlik həmin ulduz elə də güclü aktivliyə sahib deyil və olduqca güclü şüalanmaları ifraz etmir. Alimlər təyin ediblər ki, Gliese-12 b öz ulduzundan Veneranın Günəşdən əldə etdiyi şüalanmanın 85%-ni əldə edir.
Buna baxmayaraq alimlərin hesablamalarına əsasən ekzoplanetdə temperatur göstəricisi 42 dərəcə Selsi təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Venerada temperatur göstəricisi 464 dərəcə Selsidir. Bundan əlavə olaraq alimlər güman edirlər ki, Yer kürəsinin Günəşdən əldə etdiyi şüalanmadan fərqli olaraq Gliese-12 b öz ulduzundan 1.6 dəfə daha çox şüalanma əldə edir. Alimlər sözügedən ekzoplanetdə həyat üçün münbit şəraitin mövcudluğuna dair ehtiyyatlı optimizmə sahibdirlər. Məsələ burasındadır ki, bu ekzoplanetdə atmosferin mövcud olub-olmadığı hələ bilinmir.
Və əgər ekzoplanet atmosferə sahibdirsə, həmin atmosfer hansı tərzdədir. Bu, çox vacib faktordur. Belə ki, ekzoplanetin həyat üçün münbit şəraitə sahib olub-olmadığı ən çox bu faktordan asılıdır. Məsələn Venera da Yer kürəsi kimi Günəş ətrafında yaşayış zonası üzrə dövr edir. Lakin buna baxmayaraq onun səthi həyat üçün münbit şəraitə sahib deyil. Bununla belə alimlər hesab edirlər ki, Gliese-12 b seyrək olsa da öz atmosferinə sahib ola bilər. Lakin digər tərəfdən ekzoplanetin sıx atmosferə sahib olmaması onda potensial yadplanetli bioloji həyat növünün mövcudluğu üçün əla şansdır. Alimlər Gliese-12 b barəsində ətraflı məlumatlar əldə etmək üçün James Webb kosmik teleskopundan istifadə etməyi planlaşdırırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Növbəti 10 il ərzində baş transplantasiyasının robotlar tərəfindən həyata keçirilməsi planlaşdırılır! (VİDEO)
Növbəti 10 il ərzində baş transplantasiyasının robotlar tərəfindən həyata keçirilməsi planlaşdırılır! (VİDEO)
BrainBridge adlı startapın fikrincə, aşağı büdcəli elmi fantastika filmi kimi səslənsə də, robotlar tərəfindən baş transplantasiyası cəmi on il ərzində reallığa çevrilə bilər.
Marsda bioloji həyat növü təkcə keçmişdə deyil, indiki zamanda da mövcud ola bilər
Marsda bioloji həyat növü təkcə keçmişdə deyil, indiki zamanda da mövcud ola bilər
Alimlər Yer kürəsində bəzi mikroorqanizmlərin hətta ən ekstremal şəraitlərdə belə yaşaya bildiklərini nəzərə alaraq Marsda bioloji həyat növünün mümkün mövcudluğuna dair izləri axtarmağa davam edirlər.
Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
NASA-nın Marsdakı Perseverance missiyası ilə yaxından məşğul olan komandasının nümayəndəsi bildirib ki, Perseverance aparatı qədim Marsda bioloji həyat növünün mövcud olub-olmadığını təyin etməyə imkan verəcək ən ideal süxur nümunəsini əldə edib.
Alimlərin araşdırmasına görə, iqlim dəyişikliyi beyin xəstəliklərinin artmasına səbəb olur!
Alimlərin araşdırmasına görə, iqlim dəyişikliyi beyin xəstəliklərinin artmasına səbəb olur!
Alimlərin yeni araşdırması iqlim dəyişikliyinin bəzi beyin xəstəliklərində simptomları artırmasına səbəb olduğunu ortaya qoyub.
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Heç kim üçün sirr deyil ki, Yer kürəsində artıq iqlim böhranı başlayıb. Başlamış iqlim böhranı səbəbilə bütün dünya yüksək hava temperaturu, quraqlıq və meşə yanğınları ilə qarşılaşıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!