
6 yaşlı uşaq Touch ID-dən istifadə edərək Amazondan sifariş verdi
Elm & Texnologiya
07.05.2017
Farid
Ağıllı telefonlar nə qədər belə adlandırılsa da unutmaq lazım deyil ki, belə cihazlar da insan əməyinin məhsuludur. Bir çoxlarımız telefonda şəxsi məlumatlarımızı saxladığımız üçün ona kod qoyuruq. Amma son gələn məlumatlar belə istifadənin də o qədər etibarlı olmadığını sübuta yetirir.
Amerikada
ana 6 yaşlı qızına Yeni ildə Pokemon oyuncaqları almayacağını bildirib. Uşaq isə
anasının telefonu ilə Amazondan istədiyi hədiyyələri sifariş edib və anası yuxuya
getdikdən sonra onun barmağını Touch ID-yə qoyaraq alış-verişi təstiqləyib.
Uşaq Amazondan 13 hədiyyə birdən sifariş verib.
Ana
ilk əvvəl telefonunun hackerlər tərəfindən hack olunduğunu düşünsə də qızı onu
sakitləşdirərək özünün sifariş etdiyini və hədiyyələr gələnədək gözləmək lazım
olduğunu bildirib. Anası isə uşağı cəzalandırmaq üçün Şaxta babanın ondan
küsdüyünü və bir daha heç vaxt onun ziyarətinə gəlməyəcəyini deyib.
Amazon
vəziyyəti nəzərə alaraq 13 oyuncaqdan 4-nü qaytarmağa icazə verib. Statistikalar
son 2.5 ildə belə təsadüfi alış-verişlərin milyon dollara qədər yüksəldiyini
göstərir. Bir çox hallarda uşaqların belə alış-veriş etməsi məqsədli deyil, təsadüfi
xarakter daşıyır. Bir çox hallarda uşaq hesaba daxil olaraq qarşısına çıxan hər
şeyi qeyd edərək alış-verişi həyata keçirir. Bu isə öz növbəsində hesabdan silinir.
Belə
hallarda yeganə çıxış yolu Touch ID əvəzinə göz skanerindən istifadə etməkdir.
Amma hələ ki, valideynlərə belə məsələlərdə sadəcə səbrli olmağı tövsiyyə etmək olar. Çünki uşaqlar böyüklərlə müqayisədə
daha tez texnoloji vasitələri mənimsəyə bilirlər.
Paylaş
Bənzər xəbərlər