80.000 ildən bir görülən komet, Beynəlxalq Kosmik Stansiyadan görüntülənib! (VİDEO)
Elm & Texnologiya
02.10.2024
NASA astronavtlarından Matthew Dominick, C/2023 A3 və ya suchinshan–ATLAS kimi tanınan kometin (quyruqlu ulduz) videosunu çəkib. Ortaya çıxan görüntülər isə valehedici alınıb.
Beynəlxalq Kosmik Stansiyada (ISS) işlərini davam etdirən NASA astronavtlarından Matthew Dominick, kosmosun dərinliklərində diqqətəlayiq bir işə imza atıb. Astronavt Dominick, C/2023 A3 və ya suchinshan–ATLAS kimi tanınan kometin valehedici bir videosunu çəkməyi bacarıb. C/2023 A3, əslində kosmos həvəskarları üçün olduqca xüsusi bir yerə sahibdir. Çünki bu kometin 80 min illik orbit dövrünə malik olduğu araşdırmalar nəticəsində müəyyən edilib. Hətta bu komet, bir neçə gün əvvəl bəzi ölkələrdən də müşahidə edilə bildiyi üçün sosial mediada geniş müzakirə olunmuşdu. Matthew Dominick isə bu xüsusi kometi, yerin kilometrlərlə yuxarısından görüntüləməyi bacarıb.
NASA astronavtı, paylaşımına gələn suallara da cavab verib. Bu suallardan ən çox diqqət çəkəni isə astronavtın bu qeyri-adi hadisəni çılpaq gözlə görüb-görmədiyi idi. Matthew Dominick, C/2023 A3-ü çılpaq gözlə görə bildiyini söyləyib.
suchinshan–atlas
comet
komet
suchinshan–atlas comet
international space station
space news
quyruqlu ulduz
nasa iss
cosmic news
nasa
c/2023 a3
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...