main-post-cover

    8Mode adlı qeyri-adi elektron spinner (VİDEO)

    Elm & Texnologiya
    14.06.2017
    Farid Pardashunas

    Kickstarter platformasında maraqlı spinner növü təqdim olunub.

    8Mode adlı innovasiyalı spinner diod işıqlı ekrana, keyfiyyətli korpusa, dəyişdirilə bilən batareyalara sahibdir. Spinnerdə olan işıq diodlu ekran öz növbəsində real zaman ərzində bir neçə rejimdə müəyyən məlumatları əks etdirir. Spinnerdəki düyməyə klik edən zaman ekranın iş rejimi seçilir. Həmin iş rejimi isə real zaman ərzində spinnerin fırlanması hesabına seçilir. Ekrana quraşdırılmış 8 ədəd işıq diodu, spinnerin fırlanma sürətini, onun fırlanma nəticəsində dövr sayını, fırlanma vaxtını və s. əks etdirir. 2032 tipli standart iki batareya sayəsində spinner, 10-15 saat çalışmaq potensialına sahibdir. Əgər batareyadakı enerji bitərsə belə, o, elektron spinnerdən adi spinnerə çevriləcək. Sözügedən spinnerin korpusu yüksək keyfiyyətli materiallardan hazırlanıb. Bu spinneri Kickstarter platformasından 25$-a sifariş etmək olar. Onun satışıa çıxması isə bu ilin Oktyabr ayına planlaşdırılır. Həmin vaxta kimi spinnerlərin məşhurluğunun indiki kimi aktual olacağına ümid etmək qalır.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər