Logo
    main-post-cover

    Intel öz prosessorlarının qiymət artımları məlumatını təkzib edib

        Dünən məlumat ortaya çıxdı ki, Intel yaxın zamanda bütün prosessorlarının satış qiymətlərini qaldıracaq. İndi isə şirkət ortaya çıxmış bu məlumatı təkzib edib. “Intel adətən öz məhsullarının satış qiymətləri ilə bağlı şayiələrə heç bir fikir bildirmir. Lakin bu məsələ ilə bağlı deyə bilərik ki, şirkət prosessorların satışları ilə məşğul olan partnyorlarına heç bir yeni qiymət göstəricilərini göndərməyib və hal hazırda öz prosessorlarının qiymətlərinin dəyişilməsi ilə bağlı hər hansısa prosesi aktivləşdirməyib. Bizim bu mövzu ilə bağlı başqa heç bir fikrimiz yoxdur” - deyə Intel bildirib.
        Qeyd etmək lazımdır ki, dünən ortaya çıxmış məlumatda bildirilmişdi ki, şirkət prosessorların satışları ilə məşğul olan partnyorlarına öz məhsullarının qiymətlərinin artacağını bəyan etmiş məktubu göndərib. Lakin bu mövzuda Intel-in öz fikrini necə söyləməsinə nzəər yetirmək lazımdır. Şirkət yeni qiymət göstəriciləri ilə bağlı hansısa məktubu göndərmədiyini qeyd etsə də, bu cür məktubun ümumiyyətlə mövcud olmadığını və ya 1-2 aydan sonra prosessorların qiymətlərinin yüksəlməyəcəyini bildirməyib.
    Paylaş
    Bənzər xəbərlər