main-post-cover

    ABŞ hökuməti 5 milyard dollar dəyərində bitcoin müsadirə edib

    Elm & Texnologiya
    17.10.2023
    Emil Nəcəfov
         ABŞ hökuməti dünyanın ən böyük bitcoin sahiblərindən biridir. Lakin ABŞ hökumətinə bitcoin kursu maraqlandırmır. Belə ki, onun sahib olduğu bitcoinlər kibercinayətkarlardan darknetdəki qanunsuz ticarət platformalarının sahiblərindən müsadirə olunub. Həmin bitcoinlər offline şəkildə hardware portmanatlarında saxlanılır və ABŞ-ın Ədliyyə Nazirliyi, Vergi xidməti və digər dövlət strukturları tərəfindən nəzarət altındadırlar. ABŞ hökumətinin sahib olduğu bitcoinlərin aqibətləri kriptovalyuta treydinqi ilə məşğul olanlar üçün xüsusi maraq doğururlar. Belə ki, sözügedən bitcoinlərin satışları kriptovalyuta bazarını yerindən oynada bilər.
         Əslində isə bu aktivlər çox ləng şəkildə dollara konvertasiya olunur. Bunun əsas səbəbi hansısa xüsusi investisiya strategiyasında deyil. Bu sadəcə uzun müddət ərzində davam edən hüquqi prosedurun yan məhsuludur. Açıq şəkildə mövcud olan məlumatlara əsasən son 3 müsadirə prosesi nəticəsində ABŞ büdcəsinə 200 000 bitcoin daxil olub. Bu isə 5 milyard dollar vəsait deməkdir. ABŞ hökumətinin sahib olduğu bitcoinlərin real sayı isə daha çox ola bilər. Qanunsuz yollarla əldə edilmiş kriptovalyutanın müsadirə edilməsindən onun dollara konvertasiya edilməsi qərarına kimi olan hüquqi prosedur illərlə zamanı əhatə edə bilər.
         Ayrı-ayrı hallarda bu prosedur ABŞ hökumətinin xeyrinə işləyib. Belə ki, kriptovalyutanın dəyəri mütəmadi şəkildə artıb. 2016-cı ildə Bitfinex adlı kriptovalyuta platforması hakerlər tərəfindən sındırılan zaman bitcoinin qiyməti 600$ idi. 2022-ci ildə isə bu hadisədə şübhəli bilinmiş şəxslər yaxalanmışdılar və nəticədə onlardan təqribi olaraq 95 000 bitcoin müsadirə edilmişdi. Həmin vaxtda isə bitcoinin dəyəri 44 000$ təşkil etmişdi. Hal hazırda dünyanın ən məşhur kriptovalyutasının dəyəri təqribi olaraq 28 000$ təşkil edir.
         Dövlət qurumu kriptovalyuta aktivini öz idarəsi altına alan zaman o həmin an ABŞ mülkiyyətinə çevrilmir. Belə ki, məhkəmə ilk növbədə müsadirə sərəncamını təyin edir. Daha sonra hökumət mülkiyyət hüququnu öz üzərinə götürür və kriptovalyuta aktivini ABŞ-ın Marşallar Xidmətinə ötürür. Marşallar Xidməti isə öz növbəsində kriptovalyuta aktivini dollara konvertasiya etməklə məşğul olur. Bu yolda Marşallar Xidməti bitocinləri kriptovalyuta birjalarında hissə-hissə satma prosesini reallaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər