main-post-cover

    ABŞ hökuməti Facebook'a qarşı antimonopoliya istintaqına start verib

    Elm & Texnologiya
    25.07.2019
    Farid Pardashunas
        Keçən ay ABŞ-ın federal ticarət komissiyası Facebook şirkətinə qarşı antimonopoliya istintaqına start vermişdi. Bu barədə Facebook şirkətinin 2019-u ilin ikinci rüb hesabatında qeyd olunub. 23 iyul tarixində isə ABŞ-ın ədliyyə nazirliyi böyük texnoloji şirkətlərə qarşı irimiqyaslı istintaqa start verdi. Həmin şirkətlər rəqabət qaydalarına riayət edib-etməmələri üzrə yoxlanılırlar. Bu barədə CNBC saytına istinadən Vc.ru saytı xəbər verib.
        Ədliyyə nazirliyi konkret olaraq hansı şirkətləri yoxlayacağı barəsində heç bir məlumat verməyib. Lakin bu xəbərdən sonra Facebook, Alphabet Amazon şirkətlərinin səhm qiymətləri 1%-dən çox aşağı düşdü. Hesabata əasən Facebook şirkətinin rüb üzrə ümumi gəliri 28% yüksələrək 16.8 milyard dollar təşkil edib. Şirkətin təmiz gəliri isə 49% aşağı düşərək 2.6 milyard dollar təşkil edib. Şirkət bunu cərimələrlə əlaqələndirib. Bura həmçinin dünən təyin edilmiş 5 milyard dollar dəyərindəki cərimə də daxildir. Belə ki, şirkət istfadəçilərin konfidensiallıqlarının pozulması səbəbilə təyin edilmiş cəriməni ödəməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər