ABŞ hökuməti: 'Huawei şirkətinin üzərindən bütün qadağaların götürülməsindən hələ söhbət getmir'

ABŞ hökuməti: 'Huawei şirkətinin üzərindən bütün qadağaların götürülməsindən hələ söhbət getmir'

Texnologiya
01.07.2019 PAYLAŞIM

    Ağ Evin təmsilçisi bir neçə gün bundan öncə ABŞ prezidenti Donald Trump-ın Huawei şirkətinə qarşı təyin edlmiş qadağaların aradan qaldırılması barəsində verdiyi bəyanatlara açıqlama verib. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə G20 adlı “Böyük İyirmilik” görüşməsi çərçivəsində Donald Trump Çin ilə ortaq razılaşmanın əldə olunduğunu və ABŞ şirkətlərinə öz məhsullarını Huawei şirkətinə satmağa icazə verdiyini bildirmişdi.

    İndi isə məlum olub ki, hər şey heç də bu qədər asan deyil. Bu barədə Reuters saytına istinadən 4pda saytı xəbər verib. ABŞ prezidenti Donald Trump-ın verdiyi bəyanatlar ABŞ şirkətlərinin Huawei ilə əməkdaşlıqlarına qoyulmuş qadağanın tamamilə aradan qaldırılması kimi qiymətləndirilmişdi. Belə ki, prezident ABŞ istehsalı olan məhsulların Huawei Şirkətinə satılmasına icazə vermişdi. İndi isə Donald Trump administrasiyasının təmsilçisi bu məsələ ilə bağlı detalları aydınlaşdırıb.

Bənzər xəbər


    “Sadəcə olaraq şirkətin ehtiyac duyduğu ümumi komponentlərin alışı üçün əlavə lisenziyalar təqdim olunacaq. Mikroçip istehsalı ilə məşğul olan ABŞ şirkətləri əsasən öz məhsullarını digər ölkələrdə də satırlar. Milli təhlükəsizlik məsələsi əvvəlcədən də olduğu kimi ilkin növbədə qalacaq” - deyə Ağ Evin təmsilçisi bildirib. O həmçinin qeyd edib ki, Donald Trump-ın bəyanatları hələki yekun bəyanatlar deyil. Hər iki tərəf danışıqlar apararaq ortaq məxrəcin əldə olunmasına çalışacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..

×