main-post-cover

    Donald Trump ABŞ şirkətlərinə Huawei ilə əməkdaşlığa icazə verdi

    Elm & Texnologiya
    29.06.2019
    Farid Pardashunas
        G20 adlı “Böyük İyirmilik” sammiti çərçivəsində ABŞ prezidenti Donald Trump, Huwei şirkəti ilə bağlı gözlənilməz bəyanat verib. Belə ki, o, ABŞ şirkətlərinin Huawei ilə əməkdaşlıqları mövzusunda bəzi qadağaları aradan qaldırıb və yaxın zamanda bütün ticarət məhdudlarının ortadan qaldırılmasına işarə edib. Bu barədə GSMarena saytına istinadən 4pda saytı xəbər verib. G20 sammitində Donald Trump bildirib ki, ABŞ şirkətləri öz məhsullarını Huawei şirkətinə sata bilərlər.
        Onun sözlərinə əsasən bu həqiqətən də ABŞ-ın milli təhlüksizliyinə heç bir zərər vermir. “Məhsul istehsalı ilə məşğul olan ABŞ şirkətləri həmin məhsulları Huawei şirkətinə sata bilərlər. Mən onlara öz icazəmi vermişəm. Mənim xoşuma gəlir ki, bizim şirkətlərimiz digərlərinə nələrsə satırlar. Bizim şirkətlərimiz çox məyus idilər. Lakin biz qadağaları aradan qaldırırıq. Əgər bu, milli təhlükəsizliyə heç bir zərər vermirsə biz onların əməkdaşlıqlarına icazə veririk” - deyə Donald Trump bildirib.
        Bununla yanaşı Donald Trump bildirib ki, Huawei ilə potensial ticarət razılaşması daha sonra müzakirə olunacaq. O həmçinin ticarət mövzusunda bütün məhdudlaşdırıcı qərarların da Huawei şirkətindən qaldırılacağını istisna etmir. Lakin bu, ABŞ və Huawei arasındakı ticarət razılaşması vasitəsilə bərkidilməlidir.
        O bildirib ki, bu məsələni ABŞ-ın ticarət nazirliyi ilə müzakirə edəcək. Həmçinin məlum olub ki, Donald Trump Çin prezidenti Xi Jinping ilə iki ölkə arasındakı ticarət münasibətlərinin bərpa olunması üzrə razılığa gəlib. İki ölkə arasındakı bu sülh müəyyən müddətlik xarakter daşıyır və məsələnin bütün detalları növbəti danışıqlar zamanı müzakirə olunacaq. Bundan əlavə olaraq Donald Trump söz verib ki, o, Çin məhsullarına əlavə ticarət rüsumları tətbiq etməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər