main-post-cover

    ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq

    Elm & Texnologiya
    15.05.2022
    Emil Nəcəfov
        ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şirkət ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində hərbi tibb işçiləri üçün Magic AI adlı AR cihaz hazırlanmalıdır. Bu cür cihaz ilk yardımın təqdim edilməsi yolunda pasientin vəziyyətini analiz edə və yekun nəticələr üzrə öz məsləhətlərini verə bilər. Magic AI adlı AR cihaz tibbi yardım sistemi rolunda çıxış edəcək. Sözügedən cihaz audio və video sensorlar ilə təchiz olunacaq. Bununla yanaşı AR cihzda idarəetmə sistemi süni zəka tərəfindən reallaşdırılacaq. AR cihazın sistemi tibb sahəsini əhatə edən 2500 ədəd video və 50 milyon ədəd foto vasitəsilə təlimatlandırılacaq.
        Bunun sayəsində AR cihaz real zərərçəkmiş şəxsə zaman ərzində ilk yardımın təqdim edilməsi yolunda şifahi formada təlimatlar verə və ya hadisənin baş verdiyi yerdə məsləhətləri vizual şəkildə təqdim edə bilər. AR cihaz lazımi tədbirlərin ardıcıllıqlarını əks etdirəcək və zərərçəkmiş şəxs üçün nəzərdə tutulmuş dərman preparatının dozasının təyin edilməsində yardımçı olacaq. “Hərbi həkimlərin işləri qəliz və xaotikdir. Bizim əsas məqsədimiz dəstək xidməti əməkdaşlarının diqqətlərini yayındırmadan onlara lazımi təlimatların təqdim edilməsinin təmin edilməsindədir” - deyə Raytheon BBN şirkətinin əməkdaşı qeyd edib. Məlumata əsasən hərbi tibb işçiləri üçün nəzərdə tutulmuş AR cihazın ilk nümayişi 2024-cü il üçün planlaşdırılır.
    Linki kopyala