
ABŞ-ın təyyarə reysində bir Wi-Fi adına görə həyəcanlı dəqiqələr yaşandı
Elm & Texnologiya
07.05.2017
Farid
"Virgin America” aviaşirkətinin təyyarə reyslərinin birində həyəcanlı dəqiqələr yaşanıb.
Belə ki, şirkətin San Fransisko-Boston reysini həyata
keçirmiş təyyarə gecikib. Bunun əsas səbəbi isə təyyarə heyətinin təyyarədə Samsung Galaxy Note7_1097 adlı Wi-Fi şəbəkəsini aşkar etməsi olub. Təyyarə
kapitanı səsgücləndirici vasitəsilə sərnişinlərə xəbər verib ki, onların bütün
çantaları yoxlanılacaq. Həmçinin o bildirib ki, lazım gəldikdə təyyarə Vayominqdə
təcili eniş edəcək. Bir müddətdən sonra uğursuz zarafat edən şəxs özünü aşkara
çıxardıb. Kapitan isə sərnişinlərə bildirib ki, təyyarədə heç bir Galaxy Note 7 cihazı yoxdur və söhbət yalnız zarafat uğruna adı dəyişilmiş Wi-Fi şəbəkəsindən
gedir. Qeyd edək ki, təhlükəli hesab edilən Galaxy Note 7 smartfonları ABŞ-ın təyyarə
reyslərində qadağan olunub.
Paylaş
Bənzər xəbərlər