ABŞ, indiyə qədərki ən güclü superkompüteri inşa edəcək!
Elm & Texnologiya
29.07.2024
Farid Pardashunas
ABŞ Enerji Departamenti (DOE), Amerikanın yüksək performanslı hesablama sahəsində liderliyini qoruyub saxlamağı hədəfləyir. Bu kontekstdə indiyə qədər ən güclü superkompüter hazırlanacaq.
2022-ci ildə dünyanın ilk ictimaiyyətə açıq olan exascale sinif kompüteri Frontier elan edilmişdi. AMD tərəfindən dəstəklənən superkompüter Frontier, 2024-cü ilin iyun ayından etibarən dünyanın ən güclü superkompüteri olmağa davam edir. Lakin ABŞ Enerji Departamenti (DOE), Discover adlı yeni superkompüterlə Frointier-i əhəmiyyətli fərqlərlə məğlub etmək istəyir. ABŞ-da Oak Ridge Milli Laboratoriyasında (ORNL) yerləşən Frontier, artıq exascale sinifli yeganə kompüter deyil, lakin ən güclü olaraq qalır. 1206 exaflops inanılmaz yüksək nəzəri emal gücünə malik olan sistem 3-cü Nəsil AMD EPYC CPU və AMD Instinct MI250X sürətləndiricilərinə malikdir. Nüvələrin ümumi sayı təxminən 8.7 milyondur.
Bununla belə, DOE tərəfindən planlaşdırılan Discovery superkompüterinin Frontier-dən 3-5 dəfə daha sürətli olacağı gözlənilir. Maraqlanan tərəflər Discovery üçün öz təkliflərini avqustun 30-dək təqdim edəcəklər. Quraşdırma prosesləri daha sonra başlayacaq və 2028-ci ilin əvvəlində Oak Ridge Milli Laboratoriyasına (ORNL) çatdırılacaq. Discovery-nin potensial olaraq 8.5 eksaflopu keçməsi gözlənilir. Discovery, hesablama gücü qabiliyyəti ilə müxtəlif sahələrdə və elmi araşdırmalarda inqilab etmək potensialına sahib olacaq. Sistem, iqlim dəyişikliyinin proqnozlaşdırılması, dərmanların kəşfi, yüksək enerji fizikası və yaşıl enerji həllərində istifadə olunacaq. ORNL kompüter və hesablama elmləri laboratoriyasının direktor müavini Georgia Tourassi, Discovery haqqında "Təkcə təcrübə, müşahidə və ya nəzəriyyə vasitəsilə asanlıqla araşdıra bilməyəcəyimiz çətin problemləri araşdırmağa kömək edəcək." sözlərini ifadə edib.
Linki kopyala
superkompüter
usa supercomputer
discovery supercomputer
frontier supercomputer
supercomputer
supercomputer 2024
Bənzər xəbərlər
Oxşar xəbərlər
Intel, dünyanın ən sürətli süni intellektli superkompüterini təqdim edib!
Intel, dünyanın ən sürətli süni intellektli superkompüterini təqdim edib!
Intel, ISC High Performance 2024 tədbirində Argonne National Laboratory və Hewlett Packard Enterprise (HPE) ilə birgə hazırlanmış Aurora superkompüterini təqdim edib.
Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb
Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb
Bir neçə gün bundan öncə baş tutmuş hərrac çərçivəsində ABŞ hökuməti hərrac iştirakçılarından birinə Cheyenne adlı superkompüteri satıb.
Superkompüter bəşəriyyətin nə vaxt yox olacağını proqnozlaşdırıb!
Superkompüter bəşəriyyətin nə vaxt yox olacağını proqnozlaşdırıb!
Tədqiqatçılar və bir qrup elm adamı, bəşəriyyətin nə vaxt yox olacağını öyrənmək üçün superkompüter simulyasiyasından istifadə ediblər. Superkompüterin nəticələrinə əsasən bəşəriyyətin məhv olmasına artıq çox az vaxt qalıb.
Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
İnsan beyni yüksək hesablama gücünə sahibdir. Alimlər güman edirlər ki, insan beyni saniyədə 100 milyard əməliyyatın yerinə yetirilməsi sürətinə sahibdir.
Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
Microsoft və OpenAI şirkətləri öz aralarında olan sıx əməkdaşlığı davam etdirirlər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!