Alov püskürən "Thermonator" adlı robot it təqdim edilib! (Video)
Elm & Texnologiya
24.04.2024
Farid Pardashunas
“Throwflame” adlı startap şirkəti kürəyində alov qurğusu olan "Thermonator" adlı robot iti işə salıb.
Süni intellekt və robotların insanların işini əlindən ala biləcəyi məsələsi uzun müddətdir ki, müzakirə olunur. Digər tərəfdən, görünən odur ki, bu vəziyyətdən təkcə təsirlənənlər insanlar olmayacaq. Ohio-da yerləşən "Throwflame" startapı tərəfindən hazırlanan "Thermonator" adlı robot it kürəyində daşıdığı alov qurğusu ilə hadisələrə müdaxilə edə bilir. "Alov qurğusunu daşıyan ilk robot it" kimi təqdim edilən Thermonator-un kürəyində ARC alov qurğusu yerləşir. Bu qurğu alov yanacağı kimi benzin və ya napalm tipli maddələrdən istifadə edir. Akkumulyatoru 1 saat istifadəni təmin edən və 10 metr məsafəyə qədər alov püskürə bilən robot iti Wi-Fi və Bluetooth vasitəsilə də smartfondan idarə etmək mümkündür.
Thermonator ətrafının xəritəsini çəkmək və maneələrdən qaçmaq üçün LIDAR sensorlarından istifadə edir. Thermonator-un əsasını "Unitree Go2" robot iti təşkil edir və bu itin əsas versiyası 1600 dollara satılır. Şirkətin açıqlamasına görə , yeni robot "vəhşi təbiətə nəzarət və qarşısı alınma", "kənd təsərrüfatının idarə edilməsi", "ekoloji mühafizə", "qardan və buzdan təmizləmə" və "əyləncə və vizual effekt" üçün istifadə olunacaq. Digər tərəfdən, robot it tez-tez real dünya ssenarilərində hər şeyi yandırmaq üçün istifadə edilə bilər. Bu robot itin isə qiymətinin 9420 dollar olacağı bildirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Cənubi Koreyada robot müəssisə işçisini öldürüb
Cənubi Koreyada robot müəssisə işçisini öldürüb
Cənubi Koreya şirkətinin 40 yaşlı robototexnika mütəxəssisi kənd təsərrüfatı üzrə çeşidləmə mərkəzindəki sənaye yükləmə robotunun sensorlarını yoxlayan zaman həyatını itirib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!