Alimlər 2 milyard illik qayada canlı mikroblar kəşf ediblər!
Elm & Texnologiya
09.10.2024
Farid Pardashunas
Alimlər, Cənubi Afrikada canlı mikroorqanizmlərin yaşadığı 2 milyard illik qaya aşkar ediblər. Bu kəşf, Yerdəki erkən həyat haqqında bildiklərimizi dəyişdirmək potensialına malikdir.
Tədqiqatçılar Bushveld Maqmatik Kompleksində apardıqları dərin qazıntı işləri nəticəsində yaşı 2 milyard il olduğu düşünülən bir qaya tapıblar. Onlar bu daşın içində gizlənmiş canlı mikrobları aşkar ediblər. Araşdırmanın nəticələri bu yaxınlarda "Microbial Ecology" jurnalında dərc olunub. Açıqlamada kəşf olunan canlıların "indiyə qədər qayalarda tapılan ən qədim canlı mikrob nümunəsi" olduğu bildirilib. Tokio Universitetindən Yohey Suzuki, 2 milyard illik qayaların yaşayış üçün əlverişli olduğunu indiyə qədər bilmədiklərini vurğulayıb.
Yeni araşdırmadan əvvəl canlı mikroorqanizmlərin tapıldığı ən qədim geoloji qalıntı, okean dibində aşkar edilən 100 milyon illik bir çökmə idi. Bu, yeni tapılan qayanın bir növ zaman maşını funksiyası gördüyünün bir göstəricisidir, çünki Yer üzündə erkən həyat haqqında bizə yeni məlumatlar verir və o dövrdə baş verən təkamül prosesi haqqında yeni məlumatlar vəd edir. Hazırda Yer üzündə ən erkən həyatın təxminən 3.5 milyard il əvvəl ortaya çıxdığı düşünülür. İnsanlar isə yalnız bir neçə yüz min ildir mövcuddur.
Mütəxəssislər, qaya ilə əlaqəli olan mikroorqanizmlərin çox yavaş təkamül keçirdiyini də qeyd ediblər. Bu da onların genetik quruluşu üzərində daha çox araşdırma aparmağın vacibliyini göstərir və daha əvvəl görünməmiş nəticələrin əldə edilə biləcəyini sübut edir. Suzuki bu barədə "Bu mikrobların DNT-sini və genomlarını araşdıraraq planetdə erkən həyatın təkamülünü anlaya bilərik" deyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni bir araşdırmaya görə, kainatda qaranlıq maddə mövcud olmaya bilər!
Yeni bir araşdırmaya görə, kainatda qaranlıq maddə mövcud olmaya bilər!
Yeni araşdırmaya görə, kainatda qaranlıq maddə olmadığı üçün qaranlıq maddəni tapmaq səyləri heç vaxt müsbət nəticə verməyəcək.
Alimlər elektrik enerjisi istehsal edə bilən süni bitki hazırlayıblar!
Alimlər elektrik enerjisi istehsal edə bilən süni bitki hazırlayıblar!
Tədqiqatçılar tərəfindən hazırlanmış bu süni bitki, daxili məkanlarda fotosintez üçün işıqdan istifadə edir, CO2 səviyyəsini 90% azaldır, oksigen və bioelektrik istehsal edir.
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
Netflix-in "3 Bədən Problemi" serialındakı sistem kimi 3 ulduzdan ibarət bir sistem kəşf edilib. NASA-nın məlumatına görə, ulduzların təxminən milyonlarla il sonra birləşərək partlayacağı gözlənilir.
NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
James Webb Kosmik Teleskopu 3.6 milyard işıq ili uzaqlıqdakı inanılmaz bir hadisəni görüntüləyib. Supernovanın 3 fərqli anı tək bir kadrda əks olunub.
Yüzlərlə kilometr uzaqdan nüvə silahlarını aşkar edə bilən detektor hazırlanıb!
Yüzlərlə kilometr uzaqdan nüvə silahlarını aşkar edə bilən detektor hazırlanıb!
İngiltərə və ABŞ-dakı tədqiqatçılar nüvə reaktorlardan yayılan antineytrinoları ölçə bilən bir detektor hazırlayıblar. Bu detektorla yüzlərlə kilometr məsafədən reaktorun məqsədini müəyyən etmək mümkün olacaq.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!