
Alimlər anomal istilik səbəbilə həyəcan təbili çalırlar
Elm & Texnologiya
24.03.2025
Emil
İqlim dəyişikliyi ilə bağlı qarşıdan gələn xaosda çox az şey dəqiqdir, lakin bir məqam aydındır: Ekstremal istilər - digər heç bir təhlükəyə bənzəməyən bir təhdiddir. Alimlərin fikrincə, dəniz səviyyəsinin qalxması milyonlarla insanın köçməsinə, hava şəraitinin dəyişməsi isə qida sistemlərinin sabitliyini pozmasına səbəb ola bilər, lakin istilər - tamam fərqli bir düşməndir. Onun qarşısını almaq mümkün deyil, ona uyğunlaşmaq çətindir və nəticələrini asanlıqla yumşaltmaq olmur. Jakob Thoma özünün “The Pocked Guide to Planetary Peril” adlı kitabında yazır ki, sivilizasiyamız müəyyən temperatur hədləri üzərində qurulub və bu hədlər aşılarsa, sağ qalmaq özü belə sual altına düşür.

London Universitetinin SOAS Davamlı Maliyyə Mərkəzinin professoru olan Jakob Thoma, istini “idarəolunmaz risk” kimi təsvir edir və qeyd edir ki, bu, iqlimə uyğunlaşma üçün tətbiq edilən adi strategiyalara tabe olmur. Niderlandda olduğu kimi dəniz divarları və mühəndislik həlləri ilə qarşısı alınan daşqınlardan, yaxud kənd təsərrüfatı innovasiyaları ilə aradan qaldırıla bilən ərzaq qıtlığından fərqli olaraq, ekstremal istilər bioloji səviyyədə əsaslı bir həddir. İnsan orqanizmi sadəcə olaraq müəyyən temperatur həddindən yuxarı şəraitdə işləyə bilmir, xüsusilə də yüksək rütubətlə birləşəndə, çünki bu, tərin buxarlanması ilə baş verən təbii soyuma effektini zəiflədir.
Məhz bu nöqtədə “yaş termometr temperaturu” anlayışı həlledici əhəmiyyət qazanır - bu hədd keçildikdə, ən uyğunlaşmış insanlar belə uzunmüddətli təsirə tab gətirə bilməzlər - deyə alim bildirir. Artıq bu gün belə, istilik iqlim dəyişikliyinin ən ölümcül nəticələrindən birinə çevrilməkdədir. Thoma Yaponiyada 6 yaşlı bir oğlan uşağının istivurma səbəbilə yıxılıb həyatını itirdiyi hadisəsindən bəhs edir - bu faciə hamımız üçün gələcək hadisələrin erkən xəbərdarlığıdır. Tarixən soyuqdan ölüm halları istidən ölüm hallarını üstələyib, və bəzi skeptiklər hesab edirlər ki, planetin istiləşməsi ümumi temperaturla bağlı ölüm hallarını azalda bilər.

Lakin əgər qlobal temperatur sənaye öncəsi səviyyə ilə müqayisədə 1.5 dərəcə Selsi və ya 2 dərəcə Selsidən çox artmağa davam edərsə, bu balans dəyişəcək - deyə Thoma xəbərdarlıq edir. Alimlərin proqnozlarına görə, əsrin sonuna qədər iqlim dəyişikliyi hər il 10 milyona qədər insanın həyatına son qoya bilər və bu rəqəmdə istinin rolu əhəmiyyətli olacaq. İstilik dalğaları bütöv iqtisadiyyatları çökdürə bilər - açıq havada işləməyi mümkünsüz edərək, infrastrukturun sıradan çıxmasına və səhiyyə sistemlərinə düşən yükün artmasına səbəb ola bilər. Mülayim iqlimə öyrəşmiş bölgələr, davamlı istilik stressinə hazır olmaya bilər ki, bu da kütləvi miqrasiyaya və geosiyasi qeyri-sabitliyə gətirib çıxarar.
Digər iqlim təsirlərindən fərqli olaraq, ekstremal istilər nə maliyyə, nə də texnoloji həllərlə aradan qaldırıla bilər, çünki bu hal insan yaşayışının sərhədlərini köklü şəkildə dəyişir. Kondisionerlər bəzi insanlar üçün müvəqqəti rahatlıq təmin edə bilər, lakin bu nə davamlı, nə də ədalətli bir həldir, çünki enerji tələbatını artırır və ən həssas təbəqələri nəzərə almır. Bu artan təhlükə təkcə müəyyən bir regionla məhdudlaşmır - deyə Thoma bildirir. Alimlər vurğulayırlar ki, ölümcül istilərlə müşahidə olunan günlərin sayı bütün dünyada artır, hətta əvvəllər təhlükəsiz sayılan mülayim iqlimli bölgələrdə belə.

Paris və London kimi şəhərlərdə, tarixən genişmiqyaslı soyutma infrastrukturu olmayıb, amma indi əhalini dözülməz həddə çatdıran istilik dalğaları müşahidə olunur. Thoma-nın sözlərinə görə, istilik iqlim dəyişikliyinin “son patronudur” - necə ki, onunla nə razılaşmaq, nə də ondan qurtulmaq mümkündür. Dəniz səviyyəsinin qalxması və ya ərzaq təhlükəsizliyinin olmamasından fərqli olaraq, əgər temperatur insan orqanizminin dözə biləcəyi həddi aşarsa, bunun qarşısından dolanmaq mümkün olmayacaq. Əgər tullantıların məhdudlaşdırılması üçün təcili və ciddi tədbirlər görülməzsə, bəzi bölgələr müharibələr, iqtisadi böhran və ya fəlakətlərə görə deyil, sadəcə olaraq yaşamaq üçün çox isti olduğu səbəbilə yaşayış üçün yararsız hala gələ bilər - deyə Thoma yekunlaşdırıb.
Mənbə: Live Science
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Qlobal istiləşmə insanları içməli sudan məhrum edə bilər
Qlobal istiləşmə həyatımızın bir çox sahəsinə və sağlamlığımıza təsir edir. Lakin alimlərin son hesabatlarına görə, bu proses bizi sağ qalmaq üçün ən vacib resurslardan biri - təmiz içməli sudan məhrum edə bilər.

Elm & Texnologiya
Qlobal temperaturun 2.5 dərəcə artması quru sahənin 40%-ni səhraya çevirə bilər
Bu gün bütün planetdə iqlim şəraitinin sürətlə dəyişdiyini müşahidə edirik. Alimlərin məlumatına görə, 2024-cü ildə Yer kürəsində orta temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1.5 dərəcə Selsi artıb.

Elm & Texnologiya
Buzlaqlar hər saniyə 3 Olimpiya hovuzu həcmində buz itirirlər
Yeni inqilabi tədqiqat, son 25 il ərzində buzlaqların əriməsi ilə bağlı ilk qlobal və ardıcıl təsviri təqdim edir. Nəticələr göstərir ki, 2000-ci ildən bəri dünyadakı buzlaqlar öz həcmlərinin artıq 5%-ni itirib.

Elm & Texnologiya
Qlobal dəniz buz örtüyü rekord səviyyədə azalıb
Son illərdə alimlər planetin üzərində qlobal iqlim böhranının getdikcə gücləndiyi barədə xəbərdarlıqlarını artırırlar. Nəticədə dünya misli görünməmiş istilik dalğaları və quraqlıqla üzləşib, buzlaqlar isə sürətlə əriyir.

Elm & Texnologiya
Qrenlandiyanın buz örtüyü sürətlə parçalanır
Tədqiqatçılar hesab edirlər ki, insanlıq hələ də ən pis ssenaridən qaça bilər, lakin zaman sürətlə tükənir. Buzlaqların səthində yaranan çatlar, onların gərginlik nəticəsində formalaşdığını və planetin buz örtüklərinin olduqca həssas vəziyyətdə olduğunu açıq şəkildə göstərir.
Ən çox oxunanlar

OpenAI CEO-su proqramlaşdırma əvəzinə süni zəka alətlərindən istifadəni öyrənməyi məsləhət görüb
