Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
Elm & Texnologiya
23.08.2024
Farid Pardashunas
Qara dəliklər kainatın ən sirli hadisələrindən biri olmaqda davam edir. Bəs bir ulduz qara dəliyə düşərsə nə baş verər? Alimlər, baş verə biləcək hadisələri video vasitəsilə paylaşıblar.
Monas Universitetindən Danel Price-ın başçılıq etdiyi tədqiqat qrupu, ulduzun qara dəliyə atılması zamanı nə baş verdiyini tədqiq edən simulyasiya həyata keçirib. Price-ın da qeyd etdiyi kimi, əslində qara dəliklər çox maddə istehlak edə bilməz. Ulduzun böyük bir hissəsi qara dəliyin cazibə qüvvəsi tərəfindən tutulur və onun ətrafında fırlanmağa başlayır, lakin bir hissəsi şiddətli partlayışlarla geri atılır. Digər tərəfdən, qara dəliyin parçalanma zamanı material tərəfindən boğulduğu məlum olub. Bu köhnə fikir olsa da, ilk dəfə simulyasiya edilərək necə baş verdiyi görülmüşdür.
Simulyasiyalar ulduzun qara dəliyə yaxınlaşdıqca uzanıb, incəlməsi və nəticədə “spaghettifikasiya” prosesi ilə plazmaya çevrilməsi kimi təsirli hadisələri ortaya qoyur. Bu prosesdə ulduzdan qalan material, qara dəliyin ətrafında toplanır və akkresiya diski əmələ gətirir. Bu diskdən yayılan güclü elektromaqnit emissiyaları, astronomlara belə hadisələri müşahidə etməyə imkan verir. Akkresiya diskində toplanan ulduz, yavaş-yavaş qara dəlik tərəfindən istehlak edilir. Komanda, TDE (tidal disruption event) zamanı əmələ gələn ulduz qalıqlarının qara dəliyin ətrafında saniyədə 10.000-20.000 kilometr sürətlə hərəkət etdiyini aşkar edib. Bu sürət, işıq sürətinin 7%-i deməkdir.
Lakin simulyasiyaların göstərdiyi digər maraqlı nəticə isə bu hadisələrin gözlənilən qədər parlaq olmaması və daha aşağı temperaturda işıq saçmasıdır. Bunun səbəbi qara dəliyi əhatə edən qaz və toz buludlarının enerjini təkrar emal etməsi və onu optik dalğa uzunluqlarında yaymasıdır. Price və komandasının apardığı bu araşdırma, qara dəliklərin ulduzları necə “udduğuna” dair yeni perspektiv təqdim edir və gələcək müşahidələr üçün mühüm ipucları verir. Xüsusilə, Vera Rubin Rəsədxanasının növbəti onillik ərzində minlərlə keçici hadisəni müşahidə edəcəyi gözlənilir və bu cür simulyasiyalar bu hadisələri daha yaxşı anlamağa kömək edə bilər.
Bu arada, TDE-lər bir ulduzun superkütləli qara dəliyə çox yaxınlaşdığı zaman baş verir. Bu, böyük qalaktikaların mərkəzlərində yerləşən superkütləvi qara dəliklərin ətrafında baş verir. Ulduzlar qalaktikalar daxilində hərəkət etdikcə, digər ulduzların cazibə qüvvəsinin təsiri ilə orbitlərində kiçik sürüşmələr ola bilər. Nadir hallarda bu sürüşmələr ulduzları qara dəliklərə yönəldə bilər. Ümumiyyətlə, bir qalaktikada hər 100.000 ildə bir ulduzun qara dəliyə doğru sürüklənəcəyi və bu şəkildə parçalanacağı təxmin edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ən sürətli mikroskopu hazırlanıb!
Dünyanın ən sürətli mikroskopu hazırlanıb!
Arizona Universitetindən professor Mohammed Hassan, elektronların hərəkətini saniyədə 2200 km sürətlə müşahidə etməyə imkan verən və vaxtı demək olar ki, donduran dünyanın ən sürətli mikroskopunu hazırlayıb.
Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
Qara dəliklər, kainatın ən sirli obyektlərindən biri olmaqda davam edir. Superkütləli qara dəliklər üzərində aparılan son tədqiqatlar, qalaktikalar haqqında dərin məlumatları ortaya qoyur.
Məktəb mühitində ilk dəfə nüvə sintezi reaktoru hazırlanıb!
Məktəb mühitində ilk dəfə nüvə sintezi reaktoru hazırlanıb!
17 yaşlı bir tələbə, Genişləndirilmiş Layihə Kvalifikasiyası (EPQ) çərçivəsində məktəbdə hazırladığı kiçik nüvə sintezi reaktoru ilə plazma istehsal etməyi bacarıb.
Alimlər qara dəlikləri smartfonlar vasitəsilə axtarmaq təklifini ediblər
Alimlər qara dəlikləri smartfonlar vasitəsilə axtarmaq təklifini ediblər
Əgər siz qara dəliklərin axtarışı həvəsindəsinizsə, lakin bunun üçün professional teleskopa sahib deyilsinizsə, bu problemdən çıxış yolu var. Belə ki, qara dəliklərin axtarışı üçün nəzərdə tutulmuş xüsusi mobil tətbiq hazırlanıb.
Həddindən artıq doza nəticəsində yaranan ölüm riskini azalda biləcək yeni dəri altı implant hazırlanıb!
Həddindən artıq doza nəticəsində yaranan ölüm riskini azalda biləcək yeni dəri altı implant hazırlanıb!
Yeni hazırlanmış dəri altı implant, opioid artıq dozası nəticəsində yaranan ölüm riskinin həlli ola bilər. Xəstənin vəziyyətini dərhal izləyə bilən implantın təfərrüatları bunlardır:
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!